BÜRCLƏRİ kədərləndirən HALLAR – Kimin dediyini etməsəniz sizdən inciyəcək?

 

 
 

Heç bir insanın bütün həyatı sevincli keçmir. Hər birimiz kədərlənir,inciyirik, lakin səbəblər fərqli olur. Bu müxtəlifliyə insanların hansı bürc altında doğulması da təsir göstərir.

BakuPress.Az bürcləri kədərləndirən halları təqdim edir

Qoç 

Eqosu buynuzlarından daha qalın olan qoç bürcünü üzmək düşündüyünüz qədər asan deyil. Amma əsəbləşirsə, onu alçatdığınızı, ciddi qəbul etmədiyinizi düşünərsə, mütləq üzüləcək. Çünki onun eqosunu incidən tək şey qiymətləndirilməməsidir.

Buğa

Duyğularını əks etdirən buğa bürcləri xırda şeylərə belə asanlıqla əsəbləşə bilirlər. Halbuki onları ən çox incidən insanlar ən yaxın adamlardır. Onların həyatına girən və dəyərini qazanan hər kəs asanlıqla onların ən yaxın dostu ola bilər. Ana, ata, sevgili, həyat yoldaşı fərq etməz; hansı sifətin olursa olsun, əvvəlcə buğa bürcünün ən yaxşı dostusan. Bu o deməkdir ki, onların sizdən çox böyük gözləntiləri var. Ona görə də bircə jestlə belə sizə əsəbiləşə bilər.

Əkizlər 

Əkizlər əsasən intellektləri ilə hərəkət edirlər. Ancaq onları asanlıqla incitmək olmaz. Axı dünya fanidir və Əkizlər bu dünyanı sındırmaq niyyətindədir. Əkizlər ancaq akademik araşdırmaları, yaratdığı sənət əsəri və yazdığı yazılar layiq olduğu qiyməti almadıqda əsəbləşəcək və məhv olacaq. Amma onlar heç vaxt təslim olmur, yeni şeylər istehsal etməyə davam edirlər.

Xərçəng 

Xərçəng bürcləri həyatlarını öz evlərinə və ailələrinə həsr olunurlar. Onları ən çox üzən şey ailələrinə və ailə üzvlərinə nəsə olmasıdır. Belə hallarda o qədər əsəbidirlər ki, illərlə sağalmağa çalışsalar da, sağalmaya bilərlər. Onları sakitləşdirənlər isə yalnız öz ailələri və ailə saydıqları şəxslər olacaq.

Şir

Şir bürcü üçün əsəbləşmək olduqca asandır, lakin onlar incidiklərini heç vaxt hiss etdirmirlər. Çünki onlar öz yaralarını tək müalicə etməyə çalışırlar. Zərər çəkdikləri özlərinə qapanırlar və bu zaman bir müddət onlardan xəbər tutmaya bilərsiniz. Bununla belə, onlar əvvəlkindən daha güclü və möhkəm geri dönüş edirlər. Təbii ki, bu hüzündən sonra o, siz fərqinə varmadan sizi həyatından silməyibsə, daha güclü şir görməyiniz mümkündür.

Qız

Qız bürcü, hamımızın bildiyi kimi, detalları və ən yaxşı olmaq ehtirası ilə tanınır. Qız bürcünü incitmək sizi incitməkdən daha çətindir. Amma əgər onun qəlbini qırmaq istəyirsinizsa, yəqin ki, onlara səylərinin boş yerə xərcləndiyini demisiniz. Qız bürcü, səylərinin mütləq uğurlu olacağına əmin olduğundan, boşa çıxsa, ən böyük xəyal qırıqlığına və kədərə qərq olacaqlar.

Tərəzi 

İnsanların çoxu haqsızlığa məruz qaldıqda əsəbiləşir və bədbəxt olur, lakin ən çox tərərzilər bundan narahat olacaq. Əgər bədbəxt və kədərli tərəzi görürsünüzsə, bilin ki, o, haqsızlığa və ya böhtana məruz qalıb. Onlar belə zamanlarda çox kədərlənirlər, amma mübarizəni buraxmırlar. Onların dərdləri heç vaxt səylərinə mane olmur, əksinə, onları bu həyata qarşı “qamçılayır”, ayaqda saxlayır.

Əqrəb

Əqrəbi əsəbləşdirmək üçün onun sizə verdiyi ultimatumu yerinə yetirməyiniz yetərlidir. Bəli, Əqrəbi incitmək bu qədər sadə və asandır. Ömrünün 80%-ni nəzarətçi kimi keçirən əqrəblər, liderlik xüsusiyyətləri ilə doğulurlar və siz fərqinə varmadan öz istəklərini diqtə edirlər. Bir gün bunu təsadüfən dərk edib dediklərini yerinə yetirməsən, o zaman üzüləcəklər. Ancaq narahat olmayın, onlar dərhal yeni piyadalar tapıb oyunu davam etdirəcəklər.

Oxatan 

Oxatan bürcünün yanındasınızsa, onun bədbəxt olduğunu görə bilməzsiniz. Çünki onlar azadlığı və kütləni o qədər sevirlər ki, buna ehtiyac duyurlar. Deməli, kədərlidirsə, ya təkdir, ya da tələyə düşüb.

Oğlaq

Oğlaq bürclərinin həyat şüarı “Uğur qazandım, deməli, varam” olduğu üçün onların ən böyük üzüntüsü həmişə uğursuzluqla bağlıdır. Uğursuzluğa düçar olanda özlərinin qeyri-kafi və ya əskik olduğunu düşünürlər.

Dolça 

Dolça əslində çox möhkəm divarlarının arxasında çox incə və həssas bürclərdir. Ona görə də onu incitmək göründüyündən daha asandır. Onları ən çox narahat edən və hətta məhv edən şey gözləntilərinin qarşılanmadığıdır. Hər nə qədər həyatlarını öz planları üzrə yaşasalar belə, yaxınlarının gözləmədikləri davranışı onları dərindən yaralaya bilər və bu yaranın sağalması bəzən illər alır, bəzənsə ömür boyu davam edir.

Balıqlar

Balıqlar çox həssasdırlar. Yolda gördükləri balaca pişik, evə gedən qoca xala, hətta balonla oynayan balaca uşaq belə onları kədərləndirə bilər. Odur ki, özünüzü çox yormayın, balıqlar hər zaman üzülməyə hazırdır.

0.045651912689209