Onları türkə qarşı nifrət birləşdirir - General Həsən Şirinov

Bu gün, işğalcı dövlət olaraq, rəsmi Moskvanın "1-ci kanal"ının "Böyük oyun" verilişində Qarabağı "müstəqil ölkə" kimi təqdim etməsi, eyni zamanda işğalcı Emənistanı dəstəkləyən ABŞ və Fransanı dəstəkləməsi deməkdir".

BakuPress.Az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini, polis general-mayoru Həsən Şirinov deyib:

"Necə olur ki, bir-biri ilə müharibə aparan dövlətlər eyni mövqedən cıxış edirlər?! Görünən budur ki, "Minsk qrupu" adı altında biləşib 30 il idi ki, erməniləri müdafiə edən bu "aldanmış kəvakiblər" Azərbaycanın "44-günlük Vətən müharibəsi"ndəki tarixi qələbəsini həzm edə bilmir, təlaş icindədirlər. Bu, dünyanın və özlərinin də, yaxşı tanıdığı və nifrət etdiyi ermənilərə məhəbbətdən yox, Haqqın müdafiəsinə qalxan TURAN birliyinə güc verən Azərbaycana olan nifrəfdən irəli gəlir. Qorxu altında yaranan bu nifrət, vaxtilə türkün topunun səsini eşidib sarayını qoyub qacan şahların sülalələrini, bu gün, düşmən də olsalar, turkə qarşı birləşdirir. Türkün, türkdən başqa dostu yoxdur!"  

0.034425973892212