Özünü asan əsgər Murad Şahbazov Kəlbəcərdə xidmət edirdi”.
Bunu BakuPress.Az-a açıqlamasında Cəlilabad rayon Günəşli kənd icra nümayəndəsi Eldəniz Cəfərov deyib.
O bildirib ki, hadisə ötən gün günorta saatlarında baş verib:
“Murad Şahbazov bir neçə gün əvvəl kor bağırsağından əməliyyat olunmuşdu. Buna görə də onu evə buraxmışdılar. Uzun müddət kənddə qalmalı idi. Başqa hər hansı problemi yox idi.
İntiharın səbəbi hələlik məlum deyil. Ailəsi də bu barədə heç nə bilmir. Yəqin ki, məsələ ilə prokurorluq orqanları məşğul olacaq”.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
14:23
Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.
BakuPress.Az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbi hələlik müəyyən deyil.
Faktla bağlı araşdırma aparılır.