Hər kəsin tanıdığı Məmməd Araz necə ata idi? - Şairin qızı ilə MÜSAHİBƏ + FOTO

Bu gün ömrü fırtınalara sinə gərməklə keçmiş, bütün varlığı ilə Azərbaycan olmuş, ömrün qışında dünyadan da, özündən də küsmüş şair Məmməd Arazın 89 yaşı tamam olur. 

BakuPress.Az  Lent.az-a istinadən Məmməd Arazın doğum günündə onun qızı publisist İradə Tuncayla müsahibəsini təqdim edir

 

- Hər kəsin tanıdığı şair Məmməd Araz necə ata, necə ailə başçısıydı?

- Onu yadıma salanda, adı gələndə hələ də ürəyim əsir, dilim dodağım titrəyir. Ailəsini, övladlarını sevən insan idi. Çox ciddiydi. Qızlarına qarşı qadağaları da var idi. Evə gec gəlmə, televizora çox baxma, telefonla çox danışma və s. Bununla belə çox da mehriban, çox anlayışlı ataydı. Hərdən xəbərlərdə ataların övladlarına qarşı qəddarlığı barədə oxuyanda mat qalıram, bu necə olur, necə ola bilər, mən anlamıram. Məmməd Araz çox ailəcanlı insan idi. Ondan sevgi görmüşəm. Biz iki bacı atamızı daha çox sevmişik.

 

0.03078293800354