Azərbaycanda valideynlər əvvəl kitab oxuyub, sonra uşaq dünyaya gətirsin - Məşhur pediatr

“Uşağın psixoloji statusu boy və çəkim artımına təsir edir. Uşağa qayğının olmaması onun inkişafına mənfi təsir edir”.
 
BakuPress.Az xəbər verir ki,\ Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov açıqlama verib
 
 
“Çox valideynlər xüsusilə ilk övladlarından təcrübəsiz olduqları üçün bu səhvlərə yol verirlər. Uşaqlara düzgün qayğı göstərilmir, bəzi nüanslarda səhvlərə yol verilir. Belə demək mümkünsə, ilk dəfə valideyn olan insanlar səhvlərə yol verərək öyrənirlər. Bəs bu körpənin nə günahı var?
 
Buna görə də valideyn olmazdan əvvəl ər-arvadın oxumalı olduğu bəzi psixoloji kitablar var. Onları oxumağı tövsiyə edirəm. Çünki praktiki olaraq səhvsiz övlad böyütmək daha məqsədəuyğundur. Çünki hər səhv uşağın psixologiyasına təsir edir. Fikir versəniz, ikinci övladda valideynlər daha təcrübəli olurlar”.
0.042458057403564