Səni deyirlər, "Əhəd abi!" Deyirlər ki, "xoruzun quyruğu görünür"

  • Səni deyirlər, "Əhəd abi!"
    Deyirlər ki, "xoruzun quyruğu görünür"

1-ci yazı.

Milli Məclisin keçmiş qalmaqallı deputatı Əhəd Abıyevin adı 1995 -ci ildən etibarən mətbuatda hallanmağa başladı. Masallıda aşkarlanan narkotik plantasiyaların sahiblərinə qarşı aşkarda durduğuna görə əvvəllər ona "komissar Katone" də deyirdilər.Yalnız qapalı dairələrdə bilirdilər ki, "Əhəd abi" ağsaqqalı yüksək çiyinli məmurun göstərişiylə narkotik plantasiyalara şərik olmaq istəyir. Dava -dalaşın ipucu Moskvaya, Sankt -Peterburqa qədər uzanırdı.
Sözün qısası sadə insanların gözündə "Əhəd abi" az qalmışdı ki, Milli Qəhrəmana çevrilsin. Ölkənin hər tərəfində hüquqları pozulan, məmurlar tərəfindən incidilən adamlar dərdlərinə çarə tapmaq üçün "Əhəd abi"yə müraciət edirdilər. Milli Məclisin qabağında hər gün onlarla şikayətçi onu gözləyirdi. "Əhəd abi" də o zaman cavan və gümrah idi. Ona kömək üçün üz tutanlara cib xərcliyi də verirdi. Hələ Milli Məclisin yan - yörəsində "Əhəd abi"nin gəlişini boylana - boylana gözləyən bəzi "müstəqil" jurnalistləri demirəm. Onun "səxavətli" deputat kimi tanınması bəzi özündənrazı deputatların xoşuna gəlmirdi. Hətta, gileylənirdilər ki, "Əhəd abi" pulu hardan gətirir, necə qazanır? "Əhəd abi" şakərinə sadiq qalıb arabir dişi batan vəzifəli məmurlardan bəzilərini açıq - aşkar, bəzilərini isə xısın -xısın söyürdü. Qorxduğu dövlət məmuru "ağsaqqalım"dediyi ( yəni ağsaqqalı) adamidi. Onun yüksək vəzifəli məmurlar əleyhinə açıq - saçıq danışması biçarə insanları xoşhal edirdi. Amma, bilmirdilər ki, "Əhəd abi" xal toplayır, onların əksəriyyəti ilə "çaşqa -loşka"dır. Toyda - yasda bir arada olurlar. Vallah, "Əhəd abi" də o zaman başqaları kimi özündə təpər tapıb bir müxalifət partiyası yaratsaydı, indi də Milli Məclisin "yaraşığı" olardı. Necə ki Milli Məclisdə "kif basan" bəzi deputatlar hakimiyyətin göstərişiylə müxalifətçi olub, partiya yaratdılar. Yuxuları qaçanda ara- sıra bir- iki ağız banlayırlar, həm də var- dövlət sahibləridirlər. Yəni, oliqarx millət vəkilləri olublar. "Əhəd abi" də eninə- uzununa pul qazanıb ağlına gələni söyə- söyə xoruzlanacaqdı. Araşdırsaq, millətimiz də itirib, "Əhəd abi" də. İndi o "böyük hünər sahibi" oturub Daşkəsəndə içrabaşçılığı yapır.
Əlqərəz, "bədnəzər deputatlar" və narkotacirlər "Əhəd abi" 1997 -ci ildə avtoqəza keçirtikdən sonra bir müddət rahat nəfəs aldılar. Bu minvalla bir neçə il ötdü.

0.075046062469482