Masallı rayon Polis şöbəsində silahlı insident
BakuPress.Az xəbər verir ki,etibarlı mənbələrdən verilən məlumata əsasən,Polis şöbəsində anarxiya yaşanır
08 Oktyabr 2022- ci il tarixdə günorta radələrində Masallı rayon Polis şöbəsinin iki əməkdaşı - İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Xəzər Şahbazovla əməliyyatçı polis mayoru İlqar Qasımovun arasında mübahisə olmuş və nəticədə silahlı insident baş vermişdir. Polis şöbəsinin içində baş verən mübahisə zamanı Xəzər Şahbazov İlqar Qasımovu küçə söyüşləri ilə təhqir edib. Əsəbiləşən İlqar Qasımov "Makarov" tipli tabel silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib. Hal - hazırda Polis şöbəsinin rəisi Azay Ağayev və rayonun Prokuroru Vəli Mustafayev baş verən insidentin ört - basdır edilməsindən ötrü şəxsi heyətlə ciddi iş aparırlar.
Aldığımız məlumata görə polis mayoru İlqar Qasımov oktyabrın 8 - də polis şöbəsinin əməliyyat qrupunda olub. O, Əfqanıstan və 1- ci Qarabağ müharibəsinin veteranıdır. Masallının Qızılavar kəndində yaşayır.
Xəzər Şahbazov isə əslən Yardımlı rayonundandır. Masallı və Yardımlı rayonlarında kriminal qruplarla yaxın əlaqələrinin olması barədə söz - söhbətlər dolaşır.
P.S. Hadisə ilə bağlı əlavə araşdırmalar aparacağıq.