“Agent 007” özünü və arvadını izləyən qadını məhkəməyə verdi - FOTO

Agent Ceyms Bond barədə franşizanın dörd filmində çəkilən məşhur britaniyalı aktyor Pirs Brosnanın özü və ailəsi bir qadın tərəfindən təqibə məruz qalıb. Uzun müddət səbr etsə də, onun əl çəkmədiyini görən aktyor nəhayət məhkəməyə müraciət edib.

Brosnanın sözlərinə görə, qadın bir neçə dəfə onun evinə gəlib, onunla, həyat yoldaşı və iki oğlu ilə danışıb.

“Əvvəlcə o, Dik Van Daykı (amerikalı aktyor, prodüser və ssenarist - red.) axtardığını dedi; qolunda onun döyməsi var idi. Amma məni və ailəmi tapanda evimizin qarşısından əl çəkmədi”, - deyə artist bildirib.

Brosnanın məhkəməyə müraciətinə baxmayaraq, qadını həbs eləmək mümkün olmayıb - o, təqibi aktyorun mülkündən kənarda aparıb.

Bununla belə hakim qadına aktyor və ya onun ailəsi ilə birbaşa, yaxud dolayı yolla əlaqə saxlamağı qadağan edib. Bundan başqa məhkəmənini hökmü ilə o, Brosnanın evindən, məktəbdən və ya uşaqlarının ola biləcəyi yerdən ən azı 400 yard (365 metr) aralıda olmalıdır.

Mənbə: Daily Mail

0.2020959854126