Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyəti təyin olunmuş cəzanı ağır hesab edərək şikayəti qismən təmin edib.

Qərara əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə həbs müddətini 3 ay azaltmışdı.

0.052067995071411