Həbsdə ölən sabiq icra başçısının 600 minlik əmlakının müsadirəsi ilə bağlı protest təmin edilib

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kassasiya protesti və müdafiə tərəfinin şikayətlərinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan iş üzrə apellyasiya məhkəməsinin qərarı dəyişdirilib.

Məhkəmə prokurorun sabiq icra başçısı Nizaməddin Quliyevə aid 600 min manatlıq əmlakının müsadirədən azad olunması ilə bağlı verdiyi protesti təmin edib.

Əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb.

Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib.

0.043612003326416