Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 821 865 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 228 nəfər müalicə olunaraq sağalıb, 9 925 nəfər vəfat edib, aktiv xəstə sayı 712 nəfərdir.
Ölkədə son sutka ərzində 3 863, hazırkı dövrədək isə 7 264 095 test aparılıb.