Bakı Dövlət Sirkində təmir işləri aparılır

“Təmir işləri zamanı sirkin zalının döşəmələri tamamilə yenilənib”.

Bu sözləri BakuPress.Az-a açıqlamasında Bakı Dövlət Sirkinin direktor müavini Nahid Ağayev deyib.

Onun sözlərinə görə, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub:

“Heyvanların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir olunub”.

N.Ağayev qeyd edib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə aparılacaq.

Nəzrin Vahid

0.03914999961853