Bakıda qadın maşın qaçırdı

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus KİA markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

0.13288497924805