Anar Kərimov: “Mingəçevir Dövlət Dram Teatrı ilə bağlı araşdırmalar davam edir”

“Mingəçevir Dövlət Dram Teatrı ilə bağlı araşdırmalar davam edir”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Nazir yoxlamaların nəticələri ilə bağlı məlumat veriləcəyini vurğulayıb:

“Yoxlamanın nəticələri ilə bağlı nəsə demək hələ tezdir. Çünki bununla bağlı araşdırmalar davam edir. Amma birmənalı olaraq bildirmək istəyirəm ki, biz hər bir nöqsana çox ciddi yanaşırıq. Belə hallar olduqda araşdırıb, dərhal tədbir görürük. Təxminən 11-12 bu kimi hal ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub, istintaq işlərinə başlanılıb”.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrında ştatda olub işə heç bir zaman gəlməyən şəxslərin olduğu ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bunun isə teatrda ciddi narazılıqlara səbəb olduğu bildirilib.

0.040075063705444