Bakıda avtomobillə qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakıda sürücü avtomobillə qadını vurub öldürərək hadisə yerindən qaçıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 4-ü saat 2 radələrində Səbail rayonunun Salyan şosesində qeydə alınıb.

Belə ki, həmin ərazidə bir qadın müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Səbail Rayon Polis Polis İdarəsinin 41-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının Şirvan şəhər sakini Təhminə Qurbanova olması, yol-nəqliyyat-hadisəsinin isə “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.

Araşdırma aparılır.

0.34854817390442