İrandakı zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilir?

“İranda ötən gecə baş verən zəlzələ təkcə bizim stansiyada qeydə alınmayıb, insanlar tərəfindən də hiss olunub. Lakin bu zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycanda, demək olar ki, hər gün xırda təkanlar olur:

“Məsələn, ötən gecə ölkəmizdə 81 təkan qeydə alınıb. Bu təkanlar hər gün qeydə alınır. Bəzən 30, bəzən 50 təkan qeydə alınır. Lakin bunlar təhlükəli deyil. Ümumilikdə yaxın günlərdə Azərbaycanda maqnitudası 5-dən yuxarı olan, dağıdıcı təkanlar gözlənilmir”.

Qurban Yetirmişli əlavə edib ki, İrandakı zəlzələ Zəngəzur və Naxçıvandakı zəlzələ ocaqlarında aktivlik olduğu təqdirdə seysmik prosesləri sürətləndirə bilərdi:

“Ancaq hazırda bu ərazilərdə seysmik aktivlik müşahidə edilmir ki, İrandakı təkanlar da prosesi sürətləndirsin”.

0.061875820159912