Dünya işığından məhrum olan müəllim - VİDEO

“Əngəlli olmaq qüsur deyil. Əsl əngəl düşüncələrdə və qəlblərdədir”, - deyir qəhrəmanımız.

Həyatın rəngarəngliyini görməsə də, qaranlıq kainatı iradəsi, əzmkarlığı ilə gözəlləşdirib və aydınladıb.

Söhbət Zaqatalanın Yeni Suvagil kənd sakini, ömrünün 32 ilini şagirdlərinə həsr edən görmə məhdudiyyətli Beydulla müəllimdən gedir.

O, dərsi Brayl əlifbası vasitəsilə tədris edir. Elə həmin əlifba ilə yazır və oxuyur. Qeydlərini telefonun yaddaşına köçürür və daha sonra dinləyərək, yadında saxlayır. Bir sözlə, keyfiyyətli təhsil üçün əlindən gələni edir.

Evindən məktəbə qədər 1,5 km yol qət edən müəllim heç vaxt dərs buraxmadığını deyir.
Beydulla İsgəndərov insanlara tək müəllimlik fəaliyyəti ilə örnək deyil. Şagirdləri kimi, oğlu da onunla fəxr edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

0.069314002990723