Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin 1-ci sinif şagirdi Nuray Quliyeva sinif rəhbəri tərəfindən döyülməsi məsələsini şəxsən araşdırıb.

Uşağın anası Xanım Əliyevanın BakuPress.Az-a verdiyi açıqlamaya görə, o dünən bu məsələ ilə bağlı Təhsil Nazirliyinə dəvət olunub.

“Nazir Ceyhun Bayramov məni qəbul etdi. İclasda nazirliyin bir neçə digər əməkdaşı da iştirak edirdi. Mənə bildirdilər ki, qızımla bağlı məsələ Nazirliyin diqqət mərkəzindədir. Bu gün isə məni qızımın təhsil aldığı 189-190 saylı ort məktəbə çağırdılar. Ceyhun müəllim nazirliyin digər əməkdaşı Sərxan müəllimlə hadisəni yerində araşdırmaq üçün məktəbə gəlmişdilər. Bərabər müşahidə kamerasının görüntülərini izlədik. Sinif rəhbəri Səyyarə müəllimənin qızıma xəsarət yetirdiyi görüntülərlə öz təsdiqini tapdı. Ən maraqlısı isə budur ki, mənim qızımla bağlı görüntüləri araşdırarkən Səyyarə müəllimənin digər uşaqları da döydüyü üzə çıxdı. Oktyabr ayında bir şagirdə sillə vurduğunun şahidi olduq.

O görüntülərdən sonra elə mənim yanımda müəlliməyə şiddətli töhmətlə işdən qovulmasına və ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmasına qərar verildi. Çox şadam ki, qızımın Əlifba bayramında Səyyarə müəllimə məktəbdə olmayacaq. Bir daha Təhsil Nazirliyinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, – deyə Xanım Əliyeva bildirib.

Xatırladaq ki, uşağı döyülən X.Əliyeva qızının qələminin mürəkkəbinin partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyünü sosial şəbəkədə yaymışdı. Mətbuatın valideynın bu paylaşımına biganə qalmaması məsələnin böyüməsinə səbəb oldu.

 

 

Müəllim tərəfindən döyüldüyü iddia olunan şagirdi anasının döydüydü aşkar olundu-VİDEO

Müəllim tərəfindən döyüldüyü iddia olunan şagirdi anasının döydüydü aşkar olundu-VİDEO

 

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia olunurdu. Uşağın anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı açıqlamada Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimi işdən çıxardığını bildirmişdi.

BakuPress.Az xəbər verir ki, bu məsələ bu gün Zaur Baxşəliyevin aparıcılığını etdiyi “Bizimləsən” verilişində müzakirə olunub. Qonaqlar arasında şagirdin anası da olub.

Uşağı döydüyü iddia olunan Səyyarə adlı müəllimə canlı yayıma qoşularaq hadisənin danışıldığı kimi baş vermədiyini, valideyn Xanım Əliyevanın qalmaqallı biri olduğunu, onun uşaqların yanında söyüş söydüyünü bildirib.

Daha sonra verilişdə yayımlanan görüntülərdə aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarına düşüb.

Həmin videogörüntünü təqdim edirik:

 

BakuPress.az



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Şou-Biznes 2018-05-04 21:11:58

    Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” - QALMAQAL

    Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2018-05-02 18:08:39

    Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

    Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…