Gərək intihar edələr,sonra reaksiya olsun

Gərək intihar edələr,sonra reaksiya olsun

 

 Rüşvətxorluq respublikanı başına alıb gedir. Lakin məhkəmədə baxılan rüşvət cinayətlərinin sayı deyirlər azalıb, baxmayaraq ki, rüşvətin içində boğuluruq. Bəs niyə azalır? Çünki vəzifəli şəxsləri yox, yetim-yesirləri verirlər məhkəməyə. Milyonçuların taleləri məhkəmədən kənarda həll olunur. Çünki aidiyyatı orqanlar öz bildikləri kimi hərəkət edir Tutaq ki,cinayətkar,rüşvətxor məmur hardansa sənəd tapıb ortaya çıxara bilərsən, ancaq xalq görür ki, o, illərdir xalqınhaqqını basıb yeyir. Qabağımıza da sənəd qoyur ki, onun işində cinayət tərkibi yoxdur. Amma xalq görür ki, o, dağıdır e, dağıdır... Hər kəs işini bildiyi kimi yubadır.. O, yubadır orda, bu, yubadır burda. Kim  gəlirvəzifəyə dağıdır ki, dağıdır. Rayonu, ölkəni fırladır. Görürürsən bir dənə icra başçısı qoyuralar, sonra görürsən ki, iki aydan sonra o da  camaatı barmağında fırladır. Bir az keçir, Başqa birini qoyursan, iki ay sonra görürsən ki, o da fırladır. İstəyirlər milləti elə çevirirlər, istəyirlər belə çevirirlər. Bunu məgər sizin heç biriniz görmürsünüz?..Görürük amma nə qədər yazaq nə qədər deyək hər kəs öz işindədir.Başına iş gələn  xalqın nümayəndəsi inandığı yer aidiyyatı orqanlardır ,gedib şikayətini bildirirlər amma vətəndaşı süründürüb elə hala gətirirlər ki,şikayətçinin özünü günahkar çıxarırlar.Bir sənədin dalınca yüz dəfə gedirlər insanları o qədər bezdirirlər ki,axır əlacsız qalıb özünə qəsd edir .Sonra başdıyırlar əl ayağa düşürlər gərək nəsə olsun ki,kimsə reaksiya versin? Bu dövlətin məmurları  dövlətin idarələrini öz mülklərinə çevriblər,sanki atalarının evidir kimi istəyirlər qəbul edirlər kim istəyirlər aylarla qapıda süründürürlər.Kmi dindirirsən əlacı kəsilən  ölkə prezidentinə 1-ci xanıma müraciət edib kömək istəyir.Bir dəfə yazmışdım əgər bu ölkəni iki nəfər idarə edirsə bəs məmurlar kimə və nəyə lazımdır?Millətin taleyi ilə oynamaq olmaz. Biz cəmiyyəti əzirik, yığılıb vəzifəyə feodal tipli köhnə insanlar. Cavanlarımız bir gün yığışır, iki gün yığışır, dinmir, dinmir, dinmir, dörd gündən sonra çıxır meydana çıxanlara da deyirlər ki, sizin hamınızın başını kəsəcik.Sözün düzünü deyənlə,yazanlada bütün icra hakimləri düşmən olurlar. O adamlar ki cinayətkardır və onlara qarşı biz mübarizə aparmalıyıq, onların bir çoxu dövlət aparatına yığışıblar... Xalqın gözü var axı. Xalq görür ki, nə baş verir. Axşama kimi oturub rüşvət davası, eşşəkqulu davası, inək davası, nə bilim, nə davası aparırlar...Olmaz vallah olmaz bu millət oyuncaq deyil,onunda səbr kasası var.Lap yaxın zamanlarda Sabirabadda məktəbdə direktorun şagirdə qarşı əxlaqsız hərəkətini  aidiyyatı qrumlar elə formada  qeyd ediblər ki,sanki 15 yaşlı yeniyetmə qız günahkardır.Hələ bir rayonun məktəbinin direktorudur.Niyə belə edirlər çünki həmin direktor icra hakimiyyətinin 1-ci müavinin qohumudur, yerli orqanlara yaxşı pul  paylayır.Amma düşünən yoxdur ki,bu təpkilərə məruz qalan bir körpə bezib intihar edəcək.Hə bax onda  düşəcəklər əl ayağa ...Bir məmur vəzifəsindən istifadə edib kimə necə istəyir “xod “eləyir.Gedirsən şikayətə deyir ki,burda zorlanma yaxud ciddi bir şey yoxdur.Gərək bunlar ola kimsə reaksiya verə?Amma bir kasib küçədə möhkəm söyüş söysün dərhal cinayət işi açılır ,basırlar dama.

Yaxın günlərdə yeni doğulmuş uşaq üçün dövlət tərəfindən ana üçün ayrılan pulu Cəlilabad DSMF –si o qədər süründürdü ki,o pula da onlar nifrət elədi .Amma pulun yarısını DSMF –nin müdirinə təklif olunsaydı məsələ  bir günə həll olunacaqdır.Hansını yazasan, hansını deyəsən birdir ,ikidir yazmaqla qurtarmır.Ən çox inandıımız məhkəmə instasyalarıdır orada da qanun pulu, adamı olanın tərəfində olur.Bu məsələlər millətin gələcəyi üçün ciddi problemlər yaradır.Məmurlar o qədər harınlayıblar ki,onların yanında dünya dağılsa və adamlar yıxılıb ölsə heç nə veclərinə deyil. Gözlərini yumub gedirlər və heç nəyə məhəl qoymurlar. Təki belələrinin öz işləri rəvan getsin və heç bir çətinlik yaşamasınlar...

 Bu problem zamanında çözülməzsə, digərini doğuracaq və bu, artıq cəmiyyət üçün çox ciddi problemə çevriləcək. İnsanların dinindən, milliyətindən, irqindən asılı olmayaraq, onlar birgə dinc, qarşılıqlı etibar və hörmət,dövlətə inam şəraitində yaşamalıdırlar.Amma təssüf ki,məmurlar millətin inamını öldürürlər.Artıq bu dövlətdə inandıqları orqan ,yer qalmayıb.Bir prezidentə inanırlar oda tək xalq isə çox ...Bunların bir sonu olmalıdır.İş işdən keçəndən sonra heçnəyin nə faydası nə xeyri olur.Bu xalqın gününə vaxtında ağlamaq lazımdır.Milyonlar qazanan ölkənin vətəndaşlarının haqqlarını tapdamaq olmaz

Ay məmurlar, bu milləti həyatlarından bezdirib ,intihar həddinə çatdırmayın...

Şəfəq Ağacan



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Şou-Biznes 2018-05-04 21:11:58

    Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” - QALMAQAL

    Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2018-05-02 18:08:39

    Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

    Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…