MTRŞ-dən Zaurun 15 yaşlı qıza elçi getməsi ilə bağlı – AÇIQLAMA + VİDEO

MTRŞ-dən Zaurun 15 yaşlı qıza elçi getməsi ilə bağlı – AÇIQLAMA + VİDEO

“Xəzər” TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasında 15 yaşlı məktəbli qızın nikaha cəlb olunması ilə bağlı kadrlar nümayiş edilib. 

BakuPress.Az-ın Azvision.az-a istinadən məlumatına görə, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, hazırda məsələ araşdırılır:
 
“Ümumilikdə bütün televiziya kanallarında yayımlanan verilişlərə nəzarət olunur. Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq. Bir məqamı da qeyd edək ki, həmin verilişdə evləndirmək, toy məsləsindən söhbət getmir. Sadəcə olaraq, həmin qız uşağına elçi gediblər. Burada nə var axı? Bu, sadəcə elçilikdir. Kimisə evləndirməyiblər ki... Həmin qızın on beş yaşı var. Aparıcının da bundan xəbəri olmayıb. Verilişdə adam evləndiriblər bəyəm?”.
 
T.Dadaşov “Belə bir təbliğatın aparılması nə dərəcədə doğrudur?” sualına cavabında isə bunları qeyd edib:
 
“Mən, təbii ki, bunu müdafiə etmirəm. Gördüyünüz kimi, orada ailənin mövqeyini də efirə verdilər. Ailə də bildirdi ki, bizim qızımız hələ məktəblidir və evlənə bilməz. Bu kadrlar da efirdə nümayiş olundu. Yenə deyirəm, orada kimisə evləndirməkdən söhbət getmir. Sadəcə, aparıcıya zəng vurub, elçi getməyi təklif ediblər. Aparıcıya da yalan məlumat veriblər. Mətbuat bəzən məsələləri həddindən artıq şişirdir. Belə hallara yol vermək düzgün deyil”.



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…