"İlk həyat yoldaşım alfons idi, kişiliyinə yaraşan hərəkətlər etmədi" - ETİRAF...

"İlk həyat yoldaşım alfons idi, kişiliyinə yaraşan hərəkətlər etmədi" - ETİRAF...

Müğənni Səidə Dadaşova “Günə davam” verilişinin qonağı olub.
 
Sənətçi aparıcı Ülvira Qarayevanın “Sənə belə suallar ünvanlanır: Rəsmi nikahı var? Uşağının atası kimdir? Bunları təsdiqlə” sözlərinə etiraz edib.
 
O bildirib ki, ailəli olub-olmadığı haqda yayılan söz-söhbətlər onu maraqlandırmır:
 
“Təsdiqləmək məcburiyyətində deyiləm. Deyim, camaat bilirsiz ərdəyəm, uşağım yanımdadır? Əqli yerində olan insanlar bilir ki, ərdəyəm. Anormal insanlar başqa cür düşünür. 
Yoldaşım ilk həyat yoldaşından boşanıb. Bizim övladımız olmazdan əvvəl ayrılıblar. Onun övladı olduğu üçün bir az məhkəməsi uzanmışdı. İndi uşaqları ilə əlaqəsi var. Mən onları öz övladımdan ayırmıram. O birilər də oğlandır. Oğlumu o qədər çox istəyirlər ki, görəndə duz kimi yalayırlar. Bizim evə də gəlirlər. Tətildə tez-tez bizdə olurdular. İndi oxuyurlar, arada-sırada gəlirlər. Heç keçmiş həyat yoldaşı da buna mane olmur. Düşmən deyilik. Dost deyilik, amma bir-birimizin hörmətini saxlayırıq.
 
Evdə kişinin sözü keçər, hər şeyi tənzimləyər. Ev işlərini qadın edər”.
 
Dadaşova oğlu Rafaelin atası ilə rəsmi nikahı olmadığını söyləyib:
 
“Bu dəqiqə gedərəm rəsmi nikaha. Dini kəbin var, rəsmi nikahımız yoxdur”.
 
Səidə Türkiyə vətəndaşı olan ilk həyat yoldaşından danışıb:
 
"Mənim ilk həyat yoldaşım alfons idi. Kişiliyinə yaraşan hərəkətlər etmədi. Məni gözdən salmaq istəyirdi. Deyirdi, Səidəyə 25 min xərclədim. Kreditə aldığı maşın da mənim adıma idi. Mənim kimi yem əlindən çıxdı. Dedi, şantaj edəcəm. Elə bildi qorxub ayrılmayacam. Dedim, get, nə istəyirsən et. Onunla pul xatirinə evlənsəydim, oturardım Türkiyədə. Açıram "Facebook"umu, bütün dostlarıma yazıb. Açıram telefonumu, bütün rəfiqələrimlə danışıb, özü də ağılasığmaz sözlər. Bir dəfə gedib çıxıb bizim uzaq qohumumuza. Onun qardaşı yığıb məni ki, ərinə denən özünü yığışdırsın. Deyirəm nə olub? Deyir ki, xəbərin var mənim arvadıma nələr yazır: Səni alaram, belə olar, elə olar". (Axşam.az)


**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…