Çovdarovun daha bir obyekti üzə çıxdı-Araşdırma

Çovdarovun  daha  bir obyekti üzə çıxdı-Araşdırma

Akif Çovdarovun həbsindən və onun qorxu imperiyasının çökməsindən sonra bir çox obyektlər üzə çixarılıb məhv edildi.Oda mətbuata çox yaxşı məlumdur ki,MTN-in keçmiş idarə rəisi, bu sistemin ən qəddar və ən qalmaqallı personası kimi ad çıxarmış Akif Çovdarova qarşı rəsmən adam oğurluğu maddəsi üzrə ittiham irəli sürüldü.

Cinayət Məcəlləsinin bir neçə digər maddəsi ilə ittiham olunan Çovdarova adam oğurluğu maddəsinin ən ağır bəndi üzrə rəsmi ittiham verilib.

Bu isə o deməkdir ki, Akif Çovdarovun gizli həbsxana saxlaması və iş adamlarını oğurladaraq gizli həbsxanasında işgəncə verməsi, onların mal-mülkünü talan etməsi barədə daim mətbuatda dövr edən məlumatlar boş yerə deyilmiş. Hətta rəsmi ittihamdan belə nəticə çıxır ki, Çovdarov nəinki adam oğurlatdırıb, üstəlik onun oğurlatdığı adamlar arasında öldürülənləri də var.BakuPress.Az saytına daxil olan məlumata görə Çovdarovun daha bir obyekti hələdə fəaliyyətini davam etdirir.Şəhərdən kənar Binəqədidə yerləşən "Lake"hoteli Çovdarovun gizli həbsxənası və əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib.Mənbənin verdiyi məlumata görə burda hələdə Çovdarovun keçmiş ənənələri davam edir .Qanundankənar bütün "razborkalar" burda gedir.Hoteldə açıq aşkar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.Oda məlumdur ki,Bakıda hotel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.Bu gün paytaxtda yerləşən hotel, sauna və ailəvi istirahət mərkəzlərinin yetərli hissəsi əxlaqsızlıq yuvasına çevrilib. Əxlaqsız əməllərin intensiv xarakter aldığı hotellərdən biri də adını çəkdiyimiz Binəqədi rayonunda yerləşən “Lake” hoteldir. Əldə etdiyimiz məlumatda deyilir ki, “bu möhtəşəm hoteldə Müştərilərin rahatlığı nəzərə alınıb". Hotel rəhbərliyi orada müştərilərin əyləncəli intim həyat yaşamasından ötrü bütün lazımı şərait yaradıb.Burda otaqların qiyməti 60-70 manatdan 35 manata qədərdir Əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır. Açığı, ayrı-ayrı hüquq-mühafizə orqanlarının əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı görünür ciddi mübarizə aparılmır, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər, həmçinin onların himayədarları olan ayrı-ayrı məmurlar öz bildiklərini edir, bizneslərini genişləndirirlər. Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Məsələn, haqqında danışdığımız"LAKE" otel əxlaqsızlığın sayının artmasının başlıca səbəbkarlarındandır. Müştərilər bildirirlər ki, bu oteldə dincəlmək bir başqa cürdür. Özü də "dincəlmək" necə dincəlmək! Axı digər otellərdə görmədiklərinizi burada izləyə bilərsiniz. Özü də tam təhlükəsiz şəraitdə. Elə buna görədir ki, "Lake" otelin müştərilərinin sayı gündən-günə çoxalır. Şübhəsiz ki, buna rəvac verən faktor əxlaqsızlıq yuvalarının fəaliyyətinə kifayət qədər nəzarət edilməməsi, belə obyektlərin himayə olunmasıdır. Paytaxtın ayrı-ayrı yerlərində istirahət mərkəzləri üçün nəzərdə tutulan bu cür kafe və restoranların, barların başqa profillə fəaliyyət göstərmələri əhali arasında yoluxucu xəstəliklərin artmasına, mənəviyyatsızlığın baş alıb getməsinə, habelə digər problemlərin daha da genişlənməsinə rəvac verir.Sual doğur Çovdarov imperyası çöksədə nədən bu hotelin adı Çovdarovun adı ilə hallanır?Bəlkə həqiqətəndə keçmiş MTN ənənələri bu hoteldə davam edir.Təbii ki,bunun tam dəqiq olmasını aidiyyatı orqanlar araşdıracaq.Bu hotelin kimə məxsus olması bizədə maraqlıdır çünki, obyektdə baş verənlərə heç kim müdaxilə edə bilmir

 

 

 



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…