Zoologiya İnstititu ANS-dən əl çəkdi

Zoologiya İnstititu ANS-dən əl çəkdi

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov dəfələrlə Modern.az-a açıqlamasında ANS-in avadanlıqları ilə bağlı məsələdə qeyri-müəyyənlik olduğunu və şirkətin binadan əmlakını çıxarmadığını bildirib. Hətta institut direktoru açıqlamasında avadanlıqların köçürülməsi üçün ANS-ə yer təklif etdiyini də söyləyib.
Lakin bəzən sosial şəbəkələrdə Zoologiya İnstitunun düzgün informasiya vermədiyi ətrafında müzakilərin şahidi oluruq.
Maraqlıdır, səsləndirilən fikirlər reallığı əks etdirirmi? Ümumiyyətlə ANS-in əmlak problemi necə həll ediləcək?
Məsələ ilə bağlı AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlama verib:

“Belə bir mahnı sözü var:

Bu azad, bu gözəl, bu şən vətəndə, 
Səni sevəcəyəm sən sevməsən də.

İndi biz yavaş-yavaş ANS-i sevməyə başlayırıq və artıq mazoxist olmuşuq. Yəni onlar bizə əzab verdikcə, sevgimiz artır. Poeziyada da belə bir şey var: “Gecələr əğyar ilə gəl ki, əzab çəkim və səni daha çox istəyim”. Biz artıq bezdik, yorulduq. Ona görə də öz işimizlə məşğuluq. Nə vaxt yolları açılar, gəlib öz “cehiz”lərini buradan götürüb gedərlər. Bu, bizim işimiz deyil. Bu, hüquq-mühafizə orqanlarının, aidiyyatı qurumların işidir. Biz əllərimizin yaxalarda qalmasını yox, öz missiyamızı yerinə yetirmək istəyirik. Belə cəngəlli işlərdən, məhkəmədən uzağıq. Yəni taleyimizlə razılaşmışıq”.

E.Yusifov qeyd edib ki, əmlakla bağlı məsələdə hər hansı irəliləyiş yoxdur:

“Yük elə həmin yerdədir, qapılar möhürlüdür. İnanırsız, biz öz fəaliyyətlərimizi yerinə yetirə bilmirik. Biz tətbiqi zoologiya mərkəzi yaratmışıq. Bunun üçün bizə otaqlar , dərs zalı lazımdır. Qarşı tərəf də əmlakını götürə bilmir, ya yerləri yoxdur, ya da düşünürlər ki, fəaliyyətləri nə vaxtsa bərpa olunacaq.
Əgər iş məhkəməlikdirsə, biz məhkəməyə vermirik, onlar versinlər. Biz bir məhkəmədən güclə canımızı qurtarmışıq. Belə bir məsəl var: İlan vuran ala çatıdan qorxar. Bir məhkəmədən gözümüz elə qorxub ki, ona görə kimisə yenidən məhkəməyə vermək istəmirik. Bu, uzundərə bir şeydir. Məhkəməyə verəcəyik, bir gün sənədlə tanış olacaqlar, poeziya buketi, nəğmə çələngi və.s. Yəni proses uzanacaq. Həm vəsaitimiz, həm vaxtımız, həm də enerjimiz gedəcək. Məsələ qoy belə qalsın, artıq alışmışıq”.



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Şou-Biznes 2018-05-04 21:11:58

    Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” - QALMAQAL

    Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2018-05-02 18:08:39

    Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

    Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…