Doğransamda dilim-dilim,öz dilimdən dönən deyiləm

Doğransamda dilim-dilim,öz dilimdən dönən deyiləm

 

Azərbaycan doğma elim,doğransamda dilim-dilim,öz dilimdən dönən deyiləm,deyirik amma basqa dillərdən istifadə edirik,etməyənlərədə birtəhər baxırıq.Dil insanın həyatında müstəsna əhəmiyyətə malik olan ünsiyyət vasitəsidir. Dil bizi keçmişimizlə, gələcəyimizlə bağlayan tarix bağımızdır.

Həzrət Əli buyurmuşdur: “İnsan öz dilinin altında gizlənibdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir”.

Sədi Şirazi isə yazırdı: “Dil ağızda nədir: hünər sahibi xəzinəsinin qapısına açardır. Nə qədər ki, bu qapı bağlıdır, heç kəs bilmir ki, bu xəzinə sahibi cəvahir satır, yoxsa zir-zibil…”

Bəli, insanın dəyəri ağzından çıxan sözlə ölçülür. Atalarımız nahaq deməyiblər: “Söz insanın özüdür”.

Hər bir millətin öz doğma dili var. Bu dil ana dili adlanır. Ana dili millətin mənəviyyatının güzgüsü, varlığının göstəricisidir, mənəvi diriliyidir. Ana dili elə dəyərli sərvətdir ki, onun məhv olması millətin bir millət kimi tarix səhnəsindən silinməsi deməkdir.Amma çox heyflər olsun ki,bu gün ana dilimizi bərbad günə salıblar.Tv-lərə adam baxmaq istəmir biraz soyunan,burnun kəsdirən ,dodağın şişirdən,şpaqat açan ,oyun çıxaran ,təlxəklik edən bir sözlə hər işi bilən, bir ana dilini bilməyən hər kəs bizim dilimizi bizdən küsdürür.C.Məmmədquluzadənin "Anamın kitabı" əsəri yadıma düşdü.Bir əsr keçməsinə baxmayaraq, həmin əsər bu gündə aktualdır.Hərə dilimizi bir tərəfə çəkir heç kəsində dilini anlamırıq .Bu gün "Çoban Qənbər" apacılarımızdan səlis danışır Azərbaycan dilində...Mənim səlis və qüsursuz bilməli olduğum ana dilim var. Əgər biz öz dilimizin qədrini bilməsək gələcək nəsillər hansı dildə danışacaq? Onlar hansı dili ana dili kimi qəbul edəcək? Niyə biz öz dilimizin qədrini bilmirik? Niyə həmişə başqalarına bənzəməyə çalışırıq? Niyə? Niyə? Niyə?... Bu "niyə"lərdən bizdə çox var. Amma heç birinin cavabını düz-əməlli bilmirik. Əziz dostlar, əziz xanımlar, bəylər! Gəlin dilimizə sahib çıxaq. Ana dilimiz bizim milli-mənəvi sərvətimizdir. Ən azından bu dili bizə miras qoyanlara hörmət edək. Onların əmanətini qoruyub saxlayaq və qüsursuz bir şəkildə gələcək nəsillərə ötürək. Bu ölkədə səlahiyyəti olan hər kəsdən xahiş edirəm. Bundan sonra tvlərə,mətbuatda olanlara,radiolara nəzarət qoyulsun.İlk növbədə nitqində yerli-yersiz əcnəbi sözlərdən -varvarizmlərdən istifadə edən hər bir aparıcı cəzalanmalıdır.Onsuzda tarixən torpaqlarımız işğala məruz qaldığı kimi doğma dilimiz də işğala məruz qalmış, maddi sərvətlərimiz talan olunduğu kimi, dilimiz də yersiz yad təsirlərlə üzləşmişdir. Bu gün isə müstəqil ,azad Azərbaycanın teleməkanlarının gündəmdə olanları dilimizi talan edirlər.Azərbaycan dili çox saf dildir.Onun saflığı bəzən bu gün də cəmiyyətimiz tərəfindən kölgələnir, normaları yüngül və ya kobud şəkildə pozulur. Bu halları hər birimiz müşahidə və müzakirə edir, narazılığımızı, narahatlığımızı bildiririk. Lakin çox təəssüf ki, bunlar gündəlik söhbətlərimizin mövzusu olaraq qalır, amma müstəviyə çıxa bilmir. Çox heyflər olsun ki, bu gün bəzi gündəmdə olanlar, efirdən dərs öyrədənlər dilimizin yarısını rus,osmanlı türkçəsi,ingilis,fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmək istəyirlər. Elm və mərifətin camaat arasında yayılmağına bəzi" məşhurlar" böyük əngəl olublar.Belə deyək də dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxardırlar.Təkcə efir deyil,bir balaca pulu olanlar,özünü ağıllı sayanlar ana dilimizə yuxarıdan aşağı baxır.Ona görədə bu günə kimi bir ad belə tapa bilməmişik bu ana dilimizə. Az qala on  milyonluq bir xalqıq, elə hərə bu dili bir cür adlandırır. Azəricə, azərbaycanca, türkcə, Azərbaycan türkcəsi və s. Dilimiz adlandığı kimi də dondan dona düşür. Nədir bəs dilimizin adı? Biz gənc dövlət ola bilərik, amma kökümüz o qədər də yeni deyil ki, hələ dilimizi adlandırmağa tələsməyək. Tarix boyu türkcə, türk dili adlandırılan dilimiz türk dilləri ailəsinin üzvüdür. Dilçilərimiz də tarixçilərimiz də bunu təsdiqləyir. Sonrakı dövrlərdə siyasi proseslər, sovet dönəmində türkləşmənin qarşısını almaq, eyni dilə, dinə, mədəniyyətə mənsub iki dövlət - Türkiyə ilə Azərbaycanın əlaqələrini, kök birliyini sarsıtmaq məqsədilə dilimizi öz kökünə yadlaşdırdılar. Dilimizin adını tarix dəyişdi. Çar Rusiyasi tatar dedi, Sovet Rusiyası Azərbaycan dili dedi türkün təmiz ana dilinə. Sonra müstəqil olduq. Tarix təkraralandı, siyasi proseslər özünü göstərdi. 1995-ci ildə yeni Konstitusiya Aktının qəbulu zamanı çox müzakirələrdən sonra dilimiz “Azərbaycan dili” kimi qəbul olundu. Dilimiz Azərbaycan dili, milliyətimiz azərbaycanlı adlandırıldı. Elə bilməyin ki, buna qarşı çıxanlar, dilimizi gündə bir cür adlandrımağının əleyhinə danışanlar olmadı.Dilçilərin belə fikirləri bu mövzuda üst-üstə düşmür. Lakin bir faktı qeyd etmək yerinə düşər ki, tarix boyu düşmən ermənilər belə bizləri türk, dilimizi türk dili adlandırıblar. Düşmənin belə dilimizi öz adıyla çağırmasına baxmayaraq bizlər hələ də dilimizə bir ad tapa bilmirik. Kimi bir fikri söyləyir, kimi digərini təsdiqləyir. Amma tək problem də ad olaraq qalmır. Ad üzərində düşünürəm ki, başqa bir problem də ağlımdan çıxmır.

Müstəqil bir ölkənin öz məktəb və univeristetlərində xarici dildə bölmələr açması və həmin dildə təhsil verməsi həmin ölkənin ana dilinə hörmətsizlikdir axı. Ana dilim, ölkədə 21 rusdilli, 365 qarışıq - rus və Azərbaycan bölməli - məktəb fəaliyyət göstərir. Statistikaya görə rus dilində təhsil alan şagirdlərin sayı 200 min nəfərdən çoxdur. 200 min nəfərlik şagirdin heç 10 mini rus millətindən deyil. 220-dən çox uşaq bağçasında uşaqlar rus dilində hazırlıq keçir. Bu sadəcə rus dili ilə bağlı statistikadır, ingilis dilini də nəzərə alsaq, xarici dildə təhsil alanların sayının nə qədər çox olduğunu təsəvvür etmək çətin deyil.

Heç kimə də sirr deyil ki, əksər orta statistik azərbaycanlı ailəsi övladını xarici dilli məktəbdə oxutmağa can atır. Səbəb isə hərədə bir cürdür. Kimi övladını xarici dil bilməsi ilə öyünür, kimi onun bu yolla elit təbəqəyə aid olacağını iddia edir. Ən acınacaqlı səbəb isə dil biliyi olmayanların ölkədə demək olar ki, iş tapmamasıdır. Ana dilində səlis danışan ali təhsilli gənc ölkədə sırf ingilis və rus dillərini bilmədiyi üçün işsiz qalır. Diplomu, ali savadı olan lakin dil biliyi olmayan bəzi gənclər sürücü belə işləyə bilmirlər. “Mən öz ölkəmdə öz ana dilimi bilə-bilə iş tapmıramsa, nə edə bilərəm?” deyən gənclərin harayına cavab verən tapılmır.
Dilimizi ən çox korlayanlar bayaq qeyd etdiyim kimi mətbuatda çalışan həmkarlarımızdır . Bu gün mətbuatda işlədilən ifadələr, seçilən sözlər ana dilimizə əsl zərbədir.Artıq efirlərə yol açan jarqonlar, dialekt sözlər və şivələr dilimizin kökünü sarsıdan səbəblərdir. Efirdə özünə obraz yaratmaq üçün bundan istifadə edən Zaur kimi aparıcılardan tutmuş, Telli kimi aşıqlara qədər hərə dilimizə bir balta vurur. Ədəbi dilin inkişafında, dilin zənginləşməsində bu çox ciddi problemdir. Dilimizin bir bəlası isə ona məxsus olmayan sözlərin, qrammatikamızın qanunauyğunluqlarına müvafiq gəlməyən ifadələrin lüğət tərkibinə daxil edilmə cəhdidir. “Qələbəlik”, “nəfəslik”, “yanacaqdoldurma məntəqəsi” kimi bu sözlər dilin ümumişlək sözləri sırasında heç cür yer ala bilmir. Ana dilim, təkcə daxili səbəblər yox elə kənar təsirlərdən də payını götürür. İngilis və rus dillərindən dilimizə keçən bəzi sözlər artıq əməlli-başlı işlək sözlərə çevrilib. Bir-birilə gündəlik söhbətlərində belə gənclər “bye”, “ok”, “like” kimi sözlərdən istifadə edirlər. Doğrudur, elm-texnika inkişaf etdikcə yeni və alınma sözlərin dilə daxil olması normal haldır. Lakin əksər ölkələrdə dilçi alimlər bu işlə ciddi məşğul olur ya həmin sözlərin alternativ qarşılığını tapmağa ya dilin qanunauyğunluqlarına müvafiq sözlər formalaşdırmağa çalışırlar. Elə həmin ölkələrdə bu işlərlə məşğul olan qurumlar yaradılır. Amma çox axtardım və aradım dilimizin qayğısına qalan belə bir qurumun fəaliyyətinə rast gəlmədim. Halbuki, dilin qorunması ilə bağlı “Dövlət dili haqqında qanun” var ki, dilin inkişafından danışarkən ilk ağlımıza gələn də bu qanunlar olur, kağız üzərində qalanlar da...

Bəzən Bakıda yox, xarici bir şəhərin küçələrində dolaşdığımı zənn edirəm. Zənnim məni yanıldır, amma məni bağışlayın. Çünki Bakı küçələrində əksər geyim dükanları və digər məişət yerlərinin adları xarici dillərdə yazılır. Sanki Bakıda dolaşan böyük çoxluq elə ingilislərmiş azərbaycanlılar yox. Əsasən ingilis və rus dillərində yazılan bu adlarla kifayətlənmirlər. Dükanlarda satıcılar belə xarici dilli olur və alıcıları “Welcome” ilə qarşılayıb, “sposiba” ilə yola salırlar. Bircə qulağıma dəyməyən ana dilimdi. Azərbaycan dilinin sədalarıdır ki, bunu eşitmirəm.

Ana dilim mənim və həmvətənlərimin mənəviyyatı, mədəniyyəti, tarixidir. B dili hər bir azərbaycanlının müqəddəs bilib qorumalı olduğu bir məfhumdur. Ana dilimə bu gün  göstərilən bu yad münasibət məni və dilini sevən hər bir azərbaycanlını narahat edir. Amma mən ümidliyəm, çünki dil bir xalqın var olduqca yaşatmalı olduğu məfhumdur. Dilimizi sevmək və sevərək qorumaq ümidilə.

P.S Baxmayaraq ki,mənim ali təhsilim rus dilindədir ,özümdə rus dilini təmiz bilirəm məni tanıyan hər kəs bilir ki,ana dilimdə səlis danışıram.Öz dilini sevməyən,bəyənməyən anasını sevmir bəyənmir demək...

ŞƏFƏQ AĞACAN

 

 



Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…