Diriykən ölü xalqımın ruhuna bir salavat

 

Diriykən ölü xalqımın ruhuna bir salavat

 

Salam ey mənim həmvətənlərim!

Təknənizdə əppək, pulqabınızda para, telefonunuzda kontur və ən əsası, gündəminizdə xəbər varmı? Bu ay nə qədər işıqpulu verdiniz, qaza borcunuz yüzə, kreditiniz dizə çıxdımı, ey əzizi-mənlər, suyunuz gəlirmi, modeminizin yaşıl işığı yanırmı, itiniz hürürmü, qurdunuz ulayırmu, qazanınız qaynayırmı, sosial şəbəkələrdə paylaşmağa status, qruplarda kiməsə atmağa gülməli video tapırsınızmı, paylaşmağa təzə şəkil varmı əlinizin altında?
Sizin məhlədə, yəni feysbukda nə xəbər var? Bu gün kim içib dəm və həm şiri-nər olub, ayılan kimi dovşana dönüb, səhvini qanıb, sözünü danıb, söyüşü silib, amma gündəmdə qalıb, hansı şair səyləyib, hansı deputat quşlayıb, kimin babası naxoşlayıb, nənəsi ölüb?
Kimin məhləsinə daha çox qar yağıb, kimin düzəltdiyi qar adamı daha böyükdü, hansı bəxtəvərin kefi kökdü, hansı bədbəxt Allahına da yükdü?
Hansı növcavan münasibətə başlayıb, kim evlənib, kim boşanıb, hansı Məcnunu Leylisi atıb, hansı müxbir o birinin bostanına daş atıb, hansı manıs özünə əl qatıb, hansı papaq altında hansı oğullar yatıb, kim kimi keçi qiymətinə satıb, kimin iti kimi tutub, kim kimdən borc alıb sonra atıb, hansı özünü körpüdən atıb, birinin pulu, birinin qanı batıb və nəhayət, üzüm ayağınızın altına, sözünüzü balla kəsim, arada bir başınızı qaldırın, xəbəriniz varmı, ey əhləlğübur, axı müharibə sizin dağlara da çatıb?
Kimin gəlini qaçıb, kimin qızı köçüb, kimin ağlı uçub, kim təzə sayt açıb, qaçqınlar hansı yaşayış məntəqəsinə köçüb, kim YAPa keçib, kim kimi qurban seçib, hansı şair Anara satılıb, hansı müəllim işdən atılıb, yurdumuzda kim qırılıb, kim qalıb, Qarabağ nə qədər unudulub? Təqaüddən, maaşdan, qranddan-mranddan nə ala bilirsiz, çax-çuxunuz varmı, başınızı dolandırırsızmı, uşaqlarınız dovşan olub kələm yemir ki, arvadınız “kül sənin kişi başına”,- demir ki, belə canım sizə desin, müəllimlərə hörmət etməyə, məmurlara rüşvət verməyə, toyları, vayları yola verməyə bir şey-mir şey tapırsızmı?
Yenə hansı qaynata gəlinini zorlayıb, hansı yazar azarlayıb, neçə ər arvadını baltalayıb, pensiyalar neçə manat artıb, neçə qardaş bacısının sevgilisini yortub?
Kim təzə yaltaq doğub, kim yeni satqın əkib, hansı ana aldadılmış qızını boğub, kim kimin papağını yerə soxub?
Şadlıq evləri gözəllik salonlarını, xəstəxanalar mollaları, işverənlər hüquqşünasları dolandıra bilirmi, beləcə böhranı aldadıb yan keçə bilirsizmi, ay mənim dəyirmanın boğazına ölü atılıb diri çıxan xalqım?
Müğənniləriniz nə söyləyir, mollalarınız nə deyir, falınızdan nə çıxır, əlinizə kim baxır, atalarınıza yasin, uşaqlarınıza dərs oxutdura bilirsizmi?
Ateist və cahil olduğunuz günlərin cəzasını alırsızmı, qəzasını qılırsızmı, bəxtəbəxt, yoxsa məntiqi ardıcıllıqla ölürsüz, ay mənim əzizlərim?
Sonda bir nida cümləsi – yas mollaları demiş, bütünlüklə diriykən ölü xalqımın ruhuna bir salavat!
 
ŞƏFƏQ AĞACAN


**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…