Polis rəisindən “yaxşı oğlan” olar?

Polis rəisindən “yaxşı oğlan” olar?

 

Seymur VERDİZADƏ

 

 

 

Üzünə hələ ülgüc dəyməmiş Orxan Cəbrayılov adlı yeniyetmə tanışını bıçaqlayandan sonra belə deyib: "Peşman deyiləm. Burdan yaxşı oğlanlara salam göndərirəm”.

 

 

 

Neçə gündür bir sual mənə rahatlıq vermir: görəsən, "yaxşı oğlan” deyəndə Orxan kimləri nəzərdə tutub? Bəlkə o, YAP-çı deputat Siyavuş Novruzova salam göndərib? Yoxsa, Bakı meri Hacıbala Abutalıbova olan sevgisini izhar edib? Ola bilərmi, Orxan "yaxşı oğlan” deyəndə ayağı hələ kəndə dəyməyən Kənd təsərrüfatı nazirimiz Heydər Əsədovu nəzərdə tutsun?

 

 

 

Gəlin, özümüzü aldatmayaq. Orxan kimi yeniyetmələr "yaxşı oğlan” titulunu ancaq məhbəsə düşən, ya da türmənin qapısını aralamağa namizəd olan adamlara şamil edirlər. Təəssüf ki, uzun illərdi bu anlayış dəyişmir. Əgər biz bu anlayışı dəyişə bilsəydik, Orxan "yaxşı oğlan” deyil, yaxşı nazir, yaxşı prokuror, yaxşı rəis olmaq sevdasına düşərdi. Əmin olun ki, bütün dünya yığılsa, hansısa polis rəisinin "yaxşı oğlan” olduğunu heç cür Orxana inandıra bilməz. Ona görə yox ki, polis adam tutur. Ona görə ki, Orxan kimi yeniyetmələrin təsəvvüründə yaxşı məmur anlayışı yoxdur. Çünki gözlərini açandan onları əhatə edən məmurların ancaq pis əməllərinin şahidi olublar.

 

 

 

Yeniyetmə və gənclərimiz arasında cinayət aləminə maraq getdikcə artır. Hansısa kriminal avtoritetlə bağlı xəbər günün hadisəsinə çevrilir. Rövşən Lənkəranski qətlə yetiriləndə bu sahədə vəziyyətin nə qədər təhlükəli olduğunu hamılıqla müşahidə etdik. Məhdud büdəcəmə rəğmən, çox böyük məbləğin müqabilində iddiaya girə bilərəm ki, bizim ölkəmizdə Lotu Bəxtiyarı vitse-spiker Valeh Ələsgərovdan daha çox tanıyırlar. Neçə vaxtdır çalışırıq, Aprel şəhidi polkovnik Vüqar Yusifov haqda bir kitab nəşr etdirə bilmirik. Amma indiyə kimi Lotu Cavanşirin ömür yolundan bəhs edən yeddi-səkkiz kitab çıxıb.

 

 

 

 Bu barədə açıq mətnlə, həm də yüksək səslə danışmağın vaxtı çatıb. Övladlarımızı öz əllərimizlə odun içinə atmağa ixtiyarımız yoxdur!

 

 

 

Məhbəs zillətdir. Məhbəs işgəncədir. Allahın bəxş etdiyi ömrü həbsxana divarları arasında çürütmək Yaradana qarşı üsyandır. Ustad jurnalist İlqar Əlfi ilə bir müddət "Avtoritet” qəzetində çiyin-çiyinə işləddiyim üçün keçmiş məhbusların, vaxtilə adı SSRİ-də dillər əzbəri olan kriminal avtoritetlərin hansı məşəqqətlərə məruz qaldıqlarını öz gözlərimlə görmüşəm. On beş il həbsxana həyatı yaşayan keçmiş məhbuslardan biri belə demişdi: "Həbsxanaya düşəndə hamı mənə "Qafqaz canavarı” deyirdi. Türmədən çıxanda tülküyə dönmüşdüm”.

 

 

 

Söhbət əsnasında məlum olmuşdu ki, bu adam həyat yoldaşı ilə küçədə gedərkən beş-altı addım qabaqda iki gəncin bir-birinin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olub. 

 

 

 

Arvadının yanında bu sözləri həzm edə bilmədiyi üçün həmişə üstündə gəzdirdiyi bıçaqla gənclərdən birini qətlə yetirib. Keçmiş məhbusun sonrakı etirafı daha dəhşətlidir: "Mən həbsxanaya düşəndə uşaqlar balaca idi. Yoldaşım məcburiyyət qarşısında qaldığı üçün əyyaşların daimi məskəninə çevrilən ucuz kafelərin birində işə düzəldi. On beş il ərzində həmin söyüşü gündə yüz dəfə eşitdi”.

 

 

 

Adı Bakı mühitinə yaxşı tanış olan Meyranqulu oğlu Ənvərin ibrətamiz bir sözü var. Rəhmətlik Ənvər gənclərlə söhbətində həmişə belə deyirmiş: "Əsl lotu odur ki, gecə arvad-uşağının yanında yatsın”
 

 



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…