Şəfəq Ağacan-Toxun acdan xəbəri olmasada,acın toxdan həmişə xəbəri olur...

 

Şəfəq Ağacan-Toxun acdan xəbəri olmasada,acın toxdan həmişə xəbəri olur...

 

 

 

Azərbaycanlı milli düşüncəsində xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl və mənəvi saflıq kimi kateqoriyalar xalqımızın əsrlərlə formalaşan adət-ənənələrindən, mənəvi dəyər və düşüncə sistemindən qırmızı xətlə keçir. Tarix boyu sərt və çətin sınaqlarla üzləşdiyi, istibdad altında yaşamağa məhkum olduğu vaxtlarda da xalqımız məhz ali mənəvi-əxlaqi keyfiyyətlərini saxlamaq əzmi göstərməklə özünəməxsusluğunu, milli kimliyini qorumuşdur. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, nəcib və xeyirxah işlər görmək həm də xalqımızın tapındığı İslami dəyərlərdən irəli gəlir.

Xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir.
.Amma əfsuslar olsun ki,bu gün bizim ölkədə qaz vurub qazan dolduranlar,yalandan Hacı adını daşıyanlar,xalqın orqanizmini at ,eşşək əti ilə zəhərləyib pul qazananlar bu xeyirxahlıq hisslərindən uzaqdırlar.Ramazan ayıdır bu ayda imkanı çatanın imkansıza əl tutmağı savabdır.1İyun uşaqların müdafiəsi günüdür.Təbii ki,dünyada bütün uşaqlar müdafiə olunmağa ,xoşbəxt olmağa layiqdirlər.Amma imkansız ailələrin,valideyinlərini itirmiş,valideyinləri əlil olan,,sağlamlıqlarında problem olan körpələrin 1 günlük olsa belə sevinməyə haqqı var.Bizdə onları sevindirmək istədik.Müraciət etmədiyimiz iş adamı,Hacı,imkanlı şəxslər qalmadı ki,qapısını döyək.Hərə bir cür yalan danışıb bizi altdadı.Qanunsuzluqlar,çirkli işlərlə məşğul olanlar elə danışdılar ki,guya imam balasıdırlar.Onsuzda qaz vurub qazan doldurursunuz,torunuzda hər gün qızıl balıq var nə olar bu kimsəsiz uşaqlara heç olmuya ildə bir dəfə  dadlı bir bazarlıqla yaxud bir dəst paltarla sevindirmək üçün bizə kömək edin .Çoxları söz versədə sonradan min bir bəhanə gətirdi. Bəziləri isə heç zənglərimizə cavab vermədi.Hətta belə bir sözdə dedilər ki,vallah yuxarıların əlindən bizə imkan yoxdur ancaq onlara yardım edirik. Bu yuxarıdakılar nə qədər yeyir ki,doymur ?İslam oyunları isə xüsusi bəhanədir...Hacısından tutmuş məmuruna kimi, kimə söz deyirsən yuxarını ancaq doydururuq.Anlamadım bu yuxarıdakılar kimdir? Bəlkə akulalar yuxarıda peyda olub xəbərimiz yoxdur?Yaxşı tutaq ki,yuxarılar doymur aşağıdakılar gəbərib ölməlidir?Budurmu insanlıq budurmu mərhəmət...Hələ dəhşətlisi odur ki,11 ay yetimin haqqını yeyənlər indi oruc tutub guya gunahlarını yuyular.. Hamı barmağı ilə yuxarını göstərir.Ay balam ,müdirdən yuxarı,nazirliklərdir... Siz belə deməklə xalqı dövlətə qarşı çıxarmaq fikrindəsiniz, yoxsa məqsədiniz nədir? Deyin bizdə bilək... Ya nazirliklər kiçik məmurları bezdirib yada məmurlar  bu cür sözlərlə xalqı dövlətə qarşı çıxarırlar.Vallah özümüzədə heç aydın deyil.Çox çətin sual altında qalmışıq. Heç olmuya əziyyət çəkib ,işləyənlərin əziyyətini yerə vurmayın.Aldatmayın özünüzü bu ölkədə çoxları tülkü kimi Həccə gedirlər...Dünyanın çox yerində olduğu kimi Azərbaycanda da tülkülərdən başqa canavarlarda yaşayır. Aparılan “təcrübələrə” görə, dünyadakı “qarnı ac canavarlardan” fərqli olaraq Azərbaycandakı “canavarların” həm “qarnı”, həm də “gözləri” daima acdır. Bu fərq bizim yerli canavarların daha təhlükəli olmasını göstərir. Qarnı ac olanı bir təhər doyurmaq olur, vay o gündən ki, kiminsə gözü ac ola...Eybi yox siz tülkülüyünüzdən,canavarlığınızdan əl çəkməyin bizdə əziyyətimizdən və məqsədimizdən...Vaxt var idi dünyada yalnız toxlar yaşayırdı, sonra yavaş-yavaş aclar əmələ gəldi, dünya toxlardan və aclardan ibarət oldu.

Daha sonra toxlar qudurub quldar oldular, aclar onların qulluğunda dura-dura qula çevrildilər.Sonra quldarlar kapitalist, qullar kommunist oldular. Sonra kommunistlər kapitalist olmaq üçün inqilabçı, kapitalistlər kommunist olmaq üçün dindar oldular.Ancaq həmişə toxlar tox, aclar ac qaldılar. Toxun acdan xəbəri olmasada acın həmişə toxdan xəbəri olur bunu unutmayaq...

ŞƏFƏQ AĞACAN

 

 

 

 

 



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…