DƏVƏ GÖRDÜN? HEÇ İZİNİDƏ GÖRMƏDİM...

DƏVƏ GÖRDÜN? HEÇ İZİNİDƏ GÖRMƏDİM...

 

 

Kimə inanasan bundan sonra? Kimə qaçasan? Suallarının cavabını verəcək biri səni ən dərindən yaralayırsa, kimə gedib dərdini danışasan? Sənə qalan elə görüb öz-özünə danışmaq olur.

Nələr baş verir bu gün, özüm də mat qalmışam. Hər nə görürsən, əyri görürsən, doğru heç nə görmürsən. Əyrini də görüb, dərdini danışıb düzəltmək istəyəndə də deyirlər dəvə gördün? De ki, heç izini də görmədim… Bir sözlə deyirlər lal, kor, kar olun bu cəmiyyətdə, onda hamı sizi tərifliyəcək, istedadlı adam kimi təqdim edəcək. Yox, nəbadə düz danışsan deyəcəklər şər atır, böhtan atır. Bir-iki gündə keçər hansısa yolla, ya başına bir iş gələcək yada ki, bir qutu zəhərə əlacı qalacaq… Nənəmin sözü olmasın, danışıram pis oluram, danışmıramda his olur… Qoy elə danışım pis olum, çünki, istəmirəm bu millət his içində boğulsun. Bu qara hislər milləti bir gün boğacaq. Deyirsən filankəs, sənə aiddir bu işlər! Deyir ki, görmüsən, görməmiş ol! Mən deyəcəm hər şey düzdür, nə qədər çığırsan da mənə inanacaqlar. Özünü boş yerə yorma!…

Biri qızına 400 minlik toy edir, biri itinə toy edir, digəri nahar yeməyə İngiltərəyə gedir. Biçarə kasıb isə yeməyə çörək tapmır. Dərdini də deməyə yer axtaranda deyirlər ki, o düz danışmır, hələ şükür eləsin ki, ölməyib yaşayır …

Olmuş bir hadisə:  Nazirliklərin birinə dedim ki, bir vətəndaş var, qəbula da yazılıb, onu təcili qəbul edin, artıq çox pisdir az qala intihar edəcəkdir, biz qarşısını almışıq. Qəribə cavab gəldi: “hələ intihar etməyib?” Daha sözüm qalmadı…

İlahi, insan nə qədər ucuz imiş bu məmləkətin məmurları üçün… Mən başqa cür ola da bilmərəm, nə də dəyişə bilmirəm, çünki, vətən və vətəndaş mənim üçün müqəddəsdir. Mən «Vətən» anlayışının müqəddəsliyini dahi Üzeyirin «Koroğlu» uvertürasını dinləyəndən, Sabirlə Mirzə Cəlili oxuyub dərk etməyə başlayandan duymuşam. Bu müqəddəslik mənim qəlbimə ana laylası ilə, ana zümzüməsi ilə axıb. Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə də, bu gününə və sabahına da hamımız cavabdehik. Amma heyflər olsun… Bu gün əyri yollarla kresloda özlərini bərkidənlər, vətəndən xəbəri olmayanların şəxsi istəkləri, şəxsi arzuları milyon-milyon yurddaşın əzabları, zəhməti hesabına gerçəkləşir.Dillənirsən, deyir ki, biz doğru yoldayıq, sənin yolun əyridir. Bu gün cəmiyyətimizdə düz düzdə qalır, yaxşı, bəs biz övladımıza hansı düzlüyü öyrədək? Düz olanlar acından ölür. Bu gün güclü dayın, yaxşı pulun və nə qədər günahkar olsan da, pullu adamlardan ibarət arxanda qalan varsa sən deməli düzsən…

Sözümün əvvəlində dedim ki, dəvə gördün? Dəvə yekəlikdə səhvi gördüyün halda, deyirlər ki, de heç izini də görmədim. Gəl indi yaşa… Dillənirsən haqqını tələb etməyə, deyirlər lal ol!

Pul içində yatanlar, çirkab içində batanlar cəmiyyəti kor, insanları lal etmək istəyir… Amma bu belə davam etməz… Görəsən bizim bəzi məmurları bu həyatda puldan, var-dövlət yığmaqdan başqa bir şey düşündürür? Yox, düşündürür –  onların əməllərini görənləri hansı yolnan məhv etsinlər və daha rahat addım atsınlar. Ataların bir yaxşı misalı var: “Sərv ağacı nə qədər uca olsa, əsli yoxdur, budağında bar olmaz”. Odur ki, nə qədər ucalırsanız ucalın, onsuz barınız olmuyacaq, əsl kökü olan xalqımızın ah naləsi sizi bir gün vuracaq!

Əslində bunları yazmaq mənə çətindir, özümdən özümə şikayət edirəm sanki… Sapı özümüzdən olan baltalarsınız… Bu qədər olmaz, özmüz özümüzü baltalayıb məhv etməyək, ölkə tək sizin deyil, bütün Azərbaycan xalqınındır!

ŞƏFƏQ AĞACAN

 



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…