MİLLƏTI PARÇALAYAN MİLLƏT VƏKİLLƏRİ

MİLLƏTİ PARÇALAYAN MİLLƏT VƏKİLLƏRİ

Millət necə tarac olur olsun nə işim var,

Düşmənlərə möhtac olur olsun nə işim var?

Allah Sabirə rəhmət eləsin elə bil 100 il qabaq bu sözləri bəzi millət vəkilləri üçün deyib...Bu gün dünyada iqtisadi böhrandır.Amma bu böhran Azərbaycana daha çox təsir etdi.Bu böhranı hərə bir cür analiz etdi.Dəyən zərbə isə biçarə xalqa oldu.Elnən gələn yas toy bayramdır, deyiblər.Amma  bizim eldə yas oldusa ağlar qalan kasıb camaat olur.Tarif şurası qazın ,işığın qiymətini arirmaqla,dollar günü gündən ceyran belinə qalxmaqla onsuz ac olan millət lap acından öləcək. Millətin bu günündə millət vəkilləri xalqın xeyrinə çıxış yolu tapmaqdansa,bəzi millət vəkilləri öz arşınları ilə ölçdü hər şeyi...Belədə ki,toxun acdan nə xəbəri deyib atalarımız.Millət vəkili xanım Bahar Muradova yorğanınızı ayağınıza görə uzadın deyə, xalqa öyüd verdi.Xanım Muradova, sizin gəzdiyiniz bahalı maşınlar,yaşadığınız imarətlər o qədər işıqlı və istidir ki,siz yorğansızda gəzə bilərsiniz.Bir sözlə hara fırladsanız sizi her yer yorğan kimi isti saxlayacaq.Amma kasıb cammat yorğanını dartmaqdan yazıqların yorğanı cırıq-cırıq olub.Onların yorğanı nəinki ayaqlarına, heç kürəklərinə çatmır.Xahiş edirəm cammatın güzaranını öz arşınınzla ölçməyin siz axı millət vəkilisiniz...Digər hörmətli millət vəkili Hadı Rəcəbli müəllim maaşla dolana bilmirsə, işdən sonra getsin fəhləlik etsin dedi.Ay Hadı müəllim, maaşınız artsın deyə az qala parlamentdə üsyan edirdiniz.Müəllimdə sizin kimi ali təhsil almış ziyalıdır.Ölkədə hər bir vətəndaşı müəllim yetişdirir.Əfsuslar olsun ki,sizin kimi millət vəkili də müəllimdən dərs alıb.Bu millətin həkimi,müəllimi ,vəkili sizdən nə ilə fərqlənir.Maaşınız çatmırdısa sizdə gedib fəhləlik edərdiniz niyə maaşınızın qalxmasını tələb etdiniz?Bu sual çox ağır olacaq heç cavabda tapa bilməyəcəksiniz...Başqa bir cənabi deputatımız qənaət edin dedi xalqa.Ay Mirələmov, vallah bu millət sizin kimi səhərə qara ikra axşama quzu qovurması yemir.Broyler toyuğunu alıb qızardanda bayram edirlər.Ailə var qurban bayramından bayramına ət yeyir.Vallah utanmasam oynamağa nə var ki...Yaxşı ki,yəhudi əsilli azərbaycanlı millət vəkili Abramov millətin halına ağladı.Dedi qazın ,işığın pulunu artırmaqla qışın günü cammatı qırmaq deməkdir.Xalq qalxsa heç kes qarşısını ala bilməyəcək.Bəli xalq öz prezidentinə inanır və güvənir.Amma ölkə başçısı tək biz çoxuq...Əgər hər bir şeydən ötəri prezidentə müraciət etsək siz millət vəkilləri,nazirlər,məmurlar kimə lazımdır.Ay millət vəkilləri boş boş fikirlərinizlə milləti parçalamayın siz xalqı bu sözlərinizlə qıcıqlandırıb üsyana hazırlayırsınız xəbəriniz olsun.Hərdən vaxtınız olanda milləti də düşünün ey millət vəkilləri...

ŞƏFƏQ AĞACAN



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Şou-Biznes 2018-05-04 21:11:58

    Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” - QALMAQAL

    Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2018-05-02 18:08:39

    Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

    Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…