MƏMUR İSTİRAHƏTİ

 

MƏMUR İSTİRAHƏTİ

 Yəqin ki,bir çoxumuz dəbdəbəli kabinetdə əyləşən,ciddi ,bahalı kostyumlu,brend ətirli məmurları görmüşük.Onuda bilir ki,bu məmurların  ciddi görünməyinə baxmayın onların bir çoxu işlərinə qeyri ciddi yanaşırlar.Yəni işdən çox onlar istirahətə vaxt ayrirlar.Yeyib içən oğlan kimi tanınan bəzi məmurlar bir sağlığa 3 restoran dəyişib pullar xərcləyirlər.İçəndən sonrada dönürlər şirə pələngə...Özlərindən böyük kiçik kim gəldi nə gəldi danışırlar.Hələ yanlarında hurilər olanda elə bilirlər ölkənin yiyəsi bunlardır.Təbii ki, hər bir kəsin dincəlmək, əylənmək, haqqı var. Amma ölkədə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından gərgin bir dövrdə hakimiyyəti idarə etməli olan adamların günlərini əyləncə mərkəzlərində keçirmələri heç bir məntiqə sığmır. Heç şübhəsiz, məmur olmaq asan məsələ deyil, çünki bir çox vəzifə öhdəlikləri var, onları yerinə yetirmək üçün gərgin iş rejimində çalışmaq gərəkir. Kim bu qaydalara uyğunlaşa bilmirsə, təbii ki, onun tutduğu vəzifədən istefa vermək hüququ var. Bunu etmədən iş-gücü atıb əyləncə ilə məşğul olmağın nəticəsidir ki, ölkədə heç bir sahədə arzuolunan vəziyyətin şahidi olmuruq.Hətta bir çoxları içib telefonla kimlərəsə hədə qorxuda gəlirlər.  Nə ədəb tanıyarlar nə ərkan, nə böyük bilərlər nə kiçik – hamının gözlərinin qarşısında istədiklərini edərlər. Öz ailələrinin daxilində həmrəy deyillər, bu millətlə necə həmrəy olacaqlar? Öz ailələri ilə yola getmirlər, bu millətlə necə yola gedəcəklər? Öz ailələrinin gözlərinin yaşına inanmırlar, əzirlər, bu millətin sıravi və güvəncəsiz insanlarını necə qoruyacaqlar? Ona görə bizim hamımızı əzir, millətimizin nümayəndələrini adam yerinə qoymurlar. Yəqin ki,bir çoxunuz Çexovun "MƏMURUN ÖLÜMÜ"hekayəsini oxumusunuz ordakı əsas qəhrəman kiçik məmur olur generalın yanında təsadüfən asqırmağı onu o qədər qorxuzur ki,ürəyi dayanıb ölür.Bizim kef görən məmurların nə qorxuları var nədə hürkdükləri...Necə istəyir elə gəzirlər... Hələ arvadları qoşulub qaçan, qızları ermənilərlə kef edənləri heç xatırlamaq istəmədim...Göründüyü kimi rəsmilər qeyri rəsmi olanda eyıblərı lap açılır...Onlar baxanda nə qədər pulları olsada yazığım gəlir...Çünki hər bir kefi pulda görüb insanlıqdan uzaq qalırlar.Kasıb dərddən,məmur kefdən içir...Kasıb içib səfil olub küçədə yatır,varlı məmur içib evin yolunu tapmayanda bahalı otelə gətirib yerləşdirirlər.Bax belə bir sözlə demirəm istirahət etməyin amma əndazədən çıxmayın...Xalqın puluna kef edəndə xalqın günündə ağlamağı unutmayın. Əcəba, məmurlar bütün günü kefdə-damaqdadırsa, bəs onlar nə zaman işləyirlər? Yəqin ki, işləmirlər. İşləsəydilər, Azərbaycan bu vəziyyətdə olmazdı...Arada papağınızı qabağınıza qoyub yaxşı yaxşı düşünün...

 

ŞƏFƏQ AĞACAN

 



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Şou-Biznes 2018-05-04 21:11:58

    Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” - QALMAQAL

    Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2018-05-02 18:08:39

    Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

    Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…