Ədalətli olan hər şey çox vaxt qanuni olmur

 

Ədalətli olan hər şey çox vaxt qanuni olmur

 

Qanun varsa, hamı o qanuna bir nəfər kimi əməl etməlidir. Daha hakimiyyət nümayəndəsinə, nazirinə bir cür, sadə insana başqa cür işləməmləidir qanunlar. Ədalətli olan hər şey çox vaxt qanuni olmur...Çox təəssüflər olsun ki,bu gün cəmiyyətimizdə  çox zaman ədalətli  olan şeylər qanundan kənar qalır.Əslində qanun həmişə ədalətlidir.Sadəcə olaraq bəzi səlahiyyətli "dövlət qulluqçuları"haqqlı və zəif olanı deyil, güclü və haqqsız olanların mənafeyini qoruyur. Zaman-zaman millətin dərdini mətbuat özünə məxsus tərzdə işıqlandıraraq ölkə rəhbərliyinə bacardığı qədər təqdim edib.141 yaşlı Azərbaycan mətbuatı yarandığı gündən bu günə qədər xalqı süründürən bəzi məmurlardan yazıb tənqid etsədə vəziyyət 141 ildə o qədərdə dəyişmədi.Dəyişən zaman birdə, cəmiyyətdə insanlar oldu, "zavtara pridyoş" deyən bürokrat məmurları,"Həsənağanın qohumları","Qurbanəlibəyləri" daha müasir formada meydana gəldi...Bu gün məmurlarımızın əksəriyyəti jurnalist görəndə elə bil qutuda diri ilan görürlər”Bilirsinizmi niyə?Ona görə ki,jurnalist həqiqəti deyir...Buda bəzi məmurlara heç sərf eləmir. Çünki bəzi vəzifəli şəxslər də qanunu öz vəziyyət və mənafelərinə görə rezin kimi hara istəsələr çəkib uzada bilirlər.  Bəla ondadır ki,ölkədəki indiki halda qanun çox zaman güclünün tərəfində olur. Nadir hallarda, istisnalarla zəifin də hüquqları qorunur. Əlbəttə ki, qanunu icra edənlər imkan versələr...Belə deyək məbəd saydığımız,ölkənin gələcəyi sayılan məktəblərdən şikayət olur jurnalist araşdırır gündəmə gətirir...Bəli təhsil şöbəsi guya həmin məktəbdə komissya təşkil edib yoxlama aparır ki,məsələyə aydınlıq gətirsin.Nəticədə nə olur "yoxlama' öz haqqını alır məktəb direktoru müəllim yaxud valideyinlərdən məcbur ərizə alır ki,bax yazın ki,bu məktəbdə rüşvət yoxdur yazılanlar şər böhtandır... Yazıq valideyində bala dərdindən bəlaya düşüb məcbur yazır.Yığılan ərizələr verilir yuxarılara guya ki burda belə bir hal olmayıb.Əgər belə düzgün yoxlanırsa araşdıran zaman yazan jurnalisti də çağırın faktlarını təqdim etsin yoxlanılsın.Mətbuata müraciət edən hər kəsə bir cür hədə qorxu gəlinir.Tək təhsil deyil bütün sahələrdə eyni mexanizm işləyir.23 İl öncə Ulu öndər ümumimilli liderimiz Heydər Əliyev Müsair Azərbaycanı qurdu və gözəl qanunlarımız yarandı.Bu gündə Uluöndərin davamçısı cənab prezidentimiz İlham Əliyev dövlətimizə və xalqımızın rifahi üçün qanunlar yaradıb. Azərbaycanın hər bir vətandaşı hər şeyin qanuni olmasını istəyir.Amma bəzi məmurlar özləri qanunu pozur.  Dövlətin yaratdığı qanunu  dövlət qulluqçusu pozursa bu qanuna  əməl etmirsə, sonra sadə vətəndaşdan  qanunlara əməl olunmasını  necə tələb edə bilərsən? Yox, əgər qanunu birinci özün pozacaqdınsa, onda, niyə dövlətimiz bu qanununları yaradıb? Nəyə lazım bir kitab «söz yığnağı» ki, onu — insan və vətandaşların hüquq və azadlıqlarını, ilk sən tapdalayacaqsansa onda bu biçarə millət kimə üz tutsun?Təhsil,Səhiyyə,Əmək və Əhalinin Sosial Müdafiəsi,Azərsu və digər nazirliklərin mətbuat xidmətləri belə bu cür şikayətlərə laqeyd yanaşırlar. Bir çox dövlət qurumlarının mətbuat xidmətləri isə mətbuatla yalnız özlərinə lazım olan və sərf edən formada işləyirlər. Olmaz belə vallah olmaz. Qanun varsa, hamı o qanuna bir nəfər kimi əməl etməlidir.   Biz mətbuat işçiləri daim haqqı və qanunu tələb etmişik.Təbii ki,hər yerdə nöqsan olduğu kimi bu gün mətbuatda da bəzi neqativ hallara rast gəlinir. Bəzi qruplaşmalar olur ki, öz maraqları üçün əsası olmayan işini bilən bir məmura yerli yersiz hücumlar edir.Bunlarda istisna deyil...Amma gəlin açıq danışaq bu gün Azərbaycanda bir çox məmurlar "məndən ötdü qardaşıma dəydi"missiyası ilə xalqa xidmət edir.Mətbuatda bunu görür və gördüyü kimidə ölkə rəhbərliyinə təqdim etmək vəzifə borcudur.Unutmayaq ki, ölkə başçısı  cənab İlham Əliyev demişdir:"Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd etdiyim kimi, mətbuat işçiləri bu vəzifələrin öhdəsindən şərəflə gəlirlər." 1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında imzaladığı tarixi fərman isə milli mətbuatımızı həqiqi söz azadlığa qovuşdurdu, onun inkişaf yolunda maneəsiz yollar açdı. Prezident Heydər Əliyevin azad medianın problemlərinə həssas münasibəti, mətbuat nümayəndələrinə göstərdiyi qayğıkeşlik milli jurnalistikamıza güc verdi.Bu gün bunu bəzi məmurlar nədənsə xatırlamaq istəmir.Unutmayaq ki, jurnalistika cəmiyyətin həkimidir və cəmiyyətimizdə  daha çox xəstəlikləri müalicə edən bir peşədir.Ölkədə gedən özbaşınalıqlardan, hüquq pozuntularından şikayətini, dərdini müvafiq yerlərdə tapa bilməyən, içinə tökən vətandaşın daxili yanğısı, daxilindəki vulkan patlamasının kəlmələrə töküb, bu formada dilə gətirən tək peşə jurnalist peşəsidir.Jurnalist araşdırmasına laqeyid baxmayaq.Əgər hər bir şeyə belə laqeyid yanaşsaq birdə ayılacıq məndən səndən ötürdüyümüz bütün daşlar vətənə dəydi.Bir sözlə bu gün bizim cəmiyyətdə məmurlar özlərinə məxsus dolayı yolnan hər bir saxtakarlığı qanuniləşdiriblər.Səsini çixaranı səsi batacaq,yada...Nöqtələr çox uzana bilər...Azad müstəqil dövlətimizin müstəqil mediasına qutuda ilan kimi görməyin.Hər bir jurnalist hər şeyin həm ədalətli həmdə qanuni olmasını istəyir...

 

ŞƏFƏQ AĞACAN

 

 



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…