Salam verdim, rüşvət deyil deyə almadılar

Salam verdim, rüşvət deyil deyə almadılar Bəzi insanlar camaatı qorxu içində saxlayırlar...Sanki kimsə haqqını tələb etsə onu tutacaqlar.Mənim özümə birdə görürsən elə bir adam deyir ki,\" hökumətin işlərinə başını soxma, tutub atarlar içəri, sındırarlar”.
Amma məndən sizə nəsihət siz buna əməl etməyin. Hər gün, hər an siyasətə qarışın. Çünki siz qarışmasanız da, siyasət sizə baş qoşacaq.Hələ 400-500 il bundan qabaq salam pulnan alınırdısa bu gün pulsuz nəinki salam vermək hətta addım atmaq olmur.Çünki Dövlət başçısı qeyd edib ki, ölkədə sosial ədalətsizlik halları var.
\"Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq. Ona görə xalqa zülm edənlərə reaksiya vermək bizim borcumuzdur. Yazıq camaat az qalıb nəfəs alanda da kiməsə pul versin.Harınlamış məmurlar o qədər qudurub ki,rüşvət almasam bu kresloda niyə otururam.Bir dəfə bir məmurun böyük yeyintilərdə adı hallanırdı,maliyyə müdiri idi amma elə bil rayonun oliqarxı idi.Onu rüşvətxorluqda,maliyyə yeyintisində adınız hallanır dedikdə,çox rahat şəkildə belə cavab verdi:\"Ay qızım,bağban bağın meyvəsin yeyərdə...\"Sözdə tapa bilmədim nə deyim,harın olasan,dövlət əmlakın özəlləşdirəsən və rahat sakit etiraf edəsən.Bizim ölkədə korrupsiya və rüşvət hesabına varlanan məmurlar çox böyük hörmət sahibidirlər və millətin ziyalısını daim onların qapısında boynunu büküb, özünün və qohumlarının həyat şəraitinin yaxşılaşdırması üçün minnətçi düşməsinin şahidi olursan. Tülkünün xislətindən əl çəkməsi mümkün olmadığı kimi, rüşvətxor, ləyaqətsiz məmurun da haramdan əl çəkməsi mümkün deyil.Bu gün ramazan bayramıdır ,bir neçə gündən sonra \"rüşvətxor tülkülər\" hamısı Həccə gedəcək.Hansı pulnan ?Hə bunu hamımız yaxşı bilirik.Yazıq kasıb məmur otağına girib Allahın salamında verə bilmir.Hamısının kabineti qala divarları kimi qorunur.Bir məmurun otağına girmək üçün girişdən üzü yuxarı hamıya pullu salam verməlisənki ,bəlkə qəbula düşə biləsən.Vəziyyət çox ağırdır... Nədən ki, bu gün Azərbaycanda şüurlu həyatı boyu haramla yaşayan, haramla səltənət quran kifayət qədər qoca tülkülər var.
Onlar da guya ki, donunu, xislətini dəyişib Həcc ziyarətinə gedirlər.
Və o haramzadələr Həcc ziyarətindən döndükdən sonra da tülkülüklərindən əl çəkmirlər. Hətta ziyarətdən sonra daha acgöz, daha əzazil, daha qəddar olanları da var.

Həqiqəti yazmalı olan jurnalistin həqiqəti böğmaq üçün haqsızların qapısında növbə çəkməsinin şahidi olursan.

Millət vəkilininin ona aid işlərdən başqa bütün işlərlə məşqul olmağının şahidi olursan. Məmurları anladıq və bəziləri bunu özləri də, etiraf edirlər.Yəni ilan həqiqətdir, sancdığı kimi öldürür. Məmurların rüşvət almasını ,korrupsiyaya bulaşmasını hətta olkə başçımız dəfələrlə vurğulayıb və bildirib ki, hamılıqla bununla mübarizə aparmalıyıq.Yoxsa deməyib ki, ay millətin ziyalısı aldığın payın müqabilində daim lal olmalısan.
Kiminsə hüququn pozurlar verir məhkəməyə,qarşı tərəfin pulu var verir yenə kasıb haqsız çıxır.Allah Sabirə rəhmət eləsin!\" Pulsuz kişi insanlığı asanmı sanırsan?\"İş yeri var ,bizə təyinat yox.Niyə? Ağlımız ,savadımız ,bacarığımız var.. Çünki yuxarıda qohumumuz yox...Yuxardakı yerlər də elə kirəcləşib ki, oralara girış daim qadağandır. Bu günümüzə də şükür desək heç bir reaksiya verməsək,bundan da çətin olacaq, cox çətin...Bir sözlə,belə davam edəcəyi təqdirdə iki variant qalır. Ya prezident İlham Əliyev məmurların həbsinin miqyasını genişləndirəcək. Ya da iqtidarla xalq arasında ciddi uçrum yaranacaq. Hər iki halda özlərini imtiyazlı hesab edən məmurların aqibəti heç də yaxşı olmayacaq.
P.S.Haqqa gəlin ay məmurlar,unutmayın sizdə bu xalqın övladısınız,bir gün ayılacasınız ki,rüşvət dənizində özünüz boğulmusunuz...Nə qədər gec deyil çıxın bu dənizdən...

HAZIRLADI: ŞƏFƏQ AĞACAN

**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…