Bakupress Milli İnformasiya Agentliyi

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatorundan Şəfəq Ağacanla bağlı mövqe

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oktay Gülalıyev öz sosial şəbəkə hesabından baş redaktorumuz Şəfəq Ağacanla bağlı belə bir yazı paylaşaraq ona dəstək olduğunu bildirib.

Oktay Gülalıyev: "Həbsdə olan Bakupress.az saytının baş redaktoru Shefeq Agacan 5 gündür ki, saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Məlumatı bu gün onun oğlu Fuadla görüşdə aldım. Anasının ona qarşı edilən ədalətsizliyə və saxta cinayət işinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyini bildirən Fuad onun anemiya və ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini bildirir.

Shefeq Agacan bu ilin may ayında həbs olunub. O, apteklərdə nakotik tərkibli dərmanların qanunsuz satışı ilə bağlı araşdırmalar aparıb və bu barədə video çəkilişlər hazırlayıb yayıb. Həbsindən öncə deputat Adil Əliyev tərəfindən məhkəməyə verilib, maşınına basqın olunub, qanunsuz olaraq polisə aparılıb və təhdidlərə məruz qalıb. 

Xanım jurnalist CM- nin 234.2- ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və s.) maddəsi ilə ittiham edilir. O, ittihamları rədd edir və özünü təqsirli bilmir. 

Shefeq Agacanla bağlı araşdırmalarımız davam edəcək.  Onun haqqında həbs- qəti imkan tədbirinin dəyişdirilməsini və cinayət işinin ədalətli aparılmasını tələb edirik!"

Paylaş:

Oxşar xəbərlər