Bakupress Milli İnformasiya Agentliyi

Sifarişlə həbs olunan Şəfəq Ağacanın vəziyyəti ağırlaşdı

Bakupress Milli İnformasiya Agentliyinin daha öncədən xəbər verdiyi kimi, Baş Redaktorumuz Şəfəq Ağacan 27 sentyabr 2019-cu il tarixindən Xətai Rayon Məhkəməsi və BŞBPİ-nin sanksiya müddətinin qanunsuz 2 ay uzadılmasına etiraz olaraq aclıq aksiyası edir. Artıq 5 gündür aclıq edən baş redaktorun son vəziyyətinin çox ağır olduğunu öyrəndik. Şəfəq Ağacanın səhhətində ağır dərəcəli problemlər başlayıb,o, eyni zamanda anemiya(qan azlığı) və ürək çatışmazlığı xəstəliklərindən əziyyət çəkir.
BakuPress Milli İnformasiya Agentliyi olaraq Şəfəq Ağacanın hər şeydən öncə bir qadın və ana olduğunu xatırladaraq, onun sifarişli həbsinə azadlıq tələb edirik!

Paylaş:

Oxşar xəbərlər