Bakupress Milli İnformasiya Agentliyi

Baş Redaktor Şəfəq Ağacan 4 gündür ölüm aclığındadır

Şərlənərək 5 aydır həbsdə olan BakuPress.Az saytının təsisçi və baş redaktoru Şəfəq Ağacan haqqında 27 sentyabr tarixində daha bir məhkəmə iclası keçirilmişdir. Məhkəmə prossesinin öncəsindən sonunadək baş redaktor Şəfəq Ağacan qanunsuzluq və haqqsızlıqlarla üzləşib. Məhkəmə sonunda isə daha 2 ay sanksiya verilərək həbs qətimkan tədbiri qərarı seçilmişdir. Xatırladaq ki, Şəfəq Ağacan may ayının 1-də həbs olunmuş və barəsində müvafiq olaraq 3, 2 , 2 ay sanksiya qərarı çıxmışdır. 
Məhkəmə prossesində bir çox qanunsuz əməllər olmaqla bərabər vəkilini tələb edən baş redaktorun tələbinə baxılmadan vəkilsiz işə baxılmışdır. Qeyd edək ki, Şəfəq Ağacanın vəkili Bəhruz Bayramova məhkəməyə saatlar qalmış xəbər verilmiş və vəkili B.Bayramov başqa rayonda fərqli prossesdə olacığını bildirərək bu qədər qısa müddətdə məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. 
Məhkəmə iclasından 6 saat öncədən məhkəmə binasına gətirilən Ş.Ağacanın məhkəmədən öncə vəziyyəti ağırlaşmış,lakin, yaxınları nə qədər tələb etsədə heç bir həkim çağırılmamışdır. Məhkəmə binasını ağır vəziyyətdə tərk edən Şəfəq Ağacan şərlənmə və haqqsızlıqdan tükəndiyini və o andan ölüm aclığına başladığını bildirmişdir.
27 sentyabr tarixindən ölüm aclığına başlayan və 4 gündür davam etdirən Şəfəq Ağacanın Bakı İstintaq Təcridxanasında vəziyyəti ağırdır.

Paylaş:

Oxşar xəbərlər