Bakupress Milli İnformasiya Agentliyi

Diqqətli olun,yeni üsulla mənzilləriniz mənimsənə bilər-Video

“Ağ şəhər” və Xətai rayon icra hakimiyyətinin məsul əməkdaşları paytaxt sakinlərini dövlət başçısından narazı salır.
"Ağ şəhər" sanki iki hissədən ibarətdi. Bir tərəfində yeni küçələr salınır, evlər ucaldılır, digər tərəfində isə kompensasiya ilə razılaşmayan əhali köçüb gedən qonşuların uçuq evlərinin arasında yaşamını davam etdirir. 17 aydır evləri sökülən sakinlər icra hakimiyyəti müqavilə bağlasada onların pulu verilmir

“Ağ şəhər” layihəsi “Qara şəhər” sakinlərinin həyatını yaşadıqları şəhərin rənginə boyayıb. Onlar yerli idarəetmə orqanlarının yaratdıqları bürokratik əngəllərdən şikayətlənirlər. Redaksiyamıza Xətai rayonu Ərzurum qəsəbəsi Turşsu küçəsində yaşayan 40-a yaxın ailədən giley-güzar dolu şikayət daxil olub. Çəkliş qrupumuz orada olduğu zaman sakinlər bildirilir ki, həmin ailələr artıq 30 ilə yaxındır ki, Babək prospektindəki Turşsu küçəsində, sakinlər arasında “Ərzurum” deyilən ərazilərdə min bir zəhmətlə, balalarının, özlərinin boğazından, əynindən-başından kəsərək zülmlə ev tikiblər. Lakin Xətai rayon İcra Hakimiyyəti və özünü “Ağ Şəhər” layihəsinin məsil şəxsləri kimi təqdim edən bir neçə nəfər çox az məbləğ ödəyərək bu evlərin çoxunu uçurub qalaninda istəyirlər.
Sakinlərdən Dilarə xanım qeyd edir ki,artıq bu əraziyə təcili yardımda gələ bilmir,bunun ucbatından cavan oğlan yaxınlarda dünyasını dəyişdi.Xəstəsi,qocası,məktəbli uşaqları olan bu ailələr məcbur bu cəhənnəm əzabını çəkirlər.
Ən dəyşətlisi isə 30 il bir evdə iki övladı ilə yaşayan Svetlana Əhmədovanın evinə heç kəsin tanımadığı Kürdəmir sakini Məmmədov Əlisəfa Məmmədsəfa oğlunu ailə başçısı kimi sənəddə qeyd olunmağıdır.Svetlana Əhmədovanın sözlərinə görə, riyaziyyat müəlliməsidir. Günlərin birində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri onların yaşadığı evə gələrək, hansısa hökumət layihəsi çərçivəsində evlərinin söküləcəyini bildiriblər. “Kompensasiya kimi mənə 74 min manat təklif olundu, halbuki ev 154 kvadrat metrdir və bizim rayonda bir kvadrat metrin qiyməti 1000 manatdır”,mənə 302 min manat pul ödənməlidir

Ötən ilin payızında qadını uşaqları ilə birlikdə küçəyə atıblar. Obu konpensasiyala razilaşmadığı halda icra başçısının qəbuluna düşmək cəhdi baş tutmayıb. Sonradan isə polisdə S.Əhmədovaya xəbərdarlıq olunub ki, İcra Hakimiyyətinin iş rejimini pozarsa, həbs ediləcək.

“İcra hakimiyyəti məhkəmə qərarı olmadan heç bir halda özgə mülkiyyətini əlindən ala, yaxud sökə bilməz. Mülkiyyət yalnız dövlət ehtiyacları üçün və mütləq müvafiq məhkəmə qərarından sonra alına bilər”,Mən haqqımı tələb etdikdə tanımadığım bir şəxsin mənim ailə başçım kimi təqdim olunan Məmmədov Əlisəfaya pulun bir hissəsinin ödənildiyi bildirilir.
Sakinlərin bildirdiyinə görə rəsmi şəxslərin və kimlikləri dəqiq bəlli olmayan qrupun təklif etdiyi vəsaitə normal şəraiti olan ev almaq mümkün deyil: “Hətta bəzi şəxslərə pul belə verməkdən imtina edirlər. Evlərin sahələrini də düzgün ölçmür, yaşayış sahələri real ölçüdən az göstərilir, ticarət məqsədilə tikilən obyektlərə isə ümumiyyətlə pul ödənilməyəcəyi bildirilir. Axı bu obyektlər həmin ailələrin çörəkpuludur. Bəzi sakinlərin hasarları onların evdə olmadığı vaxtlarda fürsət bilinib sökülüb”. Sakinlərdən Rauf Axundov bildirir ki,artıq 2 ildir Xətai icra hakimiyyəti müqaviləyə qol çəkdirib pulumu vermirlər faizlə ul götürüb kirayələrdə qalmışam. Sakinlər bildirir ki, bu barədə dövlət başçısı cənab İlham Əliyevə, ölkənin birinci-vitse prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dəfələrlə məktub yazsalar da, heç bir reaksiya verilməyib. Rəsmi müraciətlər cavabsız qaldığından mediaya üz tutmağa məcbur qalıblar. Ümid edirlər ki, tezliklə onların müraciətinə müsbət cavab veriləcək. Bu cür məmurlar belə cəsarəti kimdən və haradan alırlar? Öz ciblərini düşünən həmin “Ağ şəhər” məsulları bu addımları ilə vətəndaşları cənab Prezidentdən narazı saldıqlarının fərqində deyillərmi Onlar “kimin dəyirmanına su tökürlər?” Niyə xalqı öz seçdiyi Prezidentindən narazı salmaq istəyirlər? “Ağ şəhər” məmurlarının təhdidlərindən cana doymuş, hər an evlərinin söküləcəyi qorxusu ilə gecələyən, sabahı açan sakinlər Prezidentdən bu özbaşınalığı dayandırmağı xahiş edirlər”.
Qeyd edək ki, 2012-ci ilin aprelin 16-da prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi müşavirədə Azərbaycanda verilən kompensasiyanın ən yüksək səviyyədə olduğunu xatırladıb və məmurlara tapşırıq verib ki, əhali bütün hallarda narazı qalmamalıdır. Bundan sonra kvadrat metrə görə 1500 manat ödənilməsi nəzərdə tutulub. Amma məmurlar əksər hallarda prezidentin tapşırığına əməl etmirlər.
Xatırladaq ki, 2011-ci ildə təməlqoyma mərasimi olan “Ağ şəhər” layihəsi Xətai rayonunda 221 hektarlıq ərazini əhatə edir. “Qara şəhər” kimi tanınan yaşayış massivi “Ağ şəhər” statusu aldıqdan sonra ərazini əhatə edən 850 evin plana düşməsi planlaşdırılıb. 10 milyonlarla bura vəsait ayrılıb.

Paylaş:

Oxşar xəbərlər