Bakupress Milli İnformasiya Agentliyi

Putindən təəccüblü açıqlama - Saakaşviliyə Ukrayna pasportunun qaytarılması ədalətli olardı

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşviliyə Ukrayna pasportu qaytarmaq ədalətli olardı. BakuPress.Az xəbıər verir ki, bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən məlumat yayıb.

"Azadlığa gəldikdə, bu, olduqca əhəmiyyətli andır. Bu məsələdə yaxşı olardı ki, Rusiya və rusiyalılardan deyil, məsələn gürcülərdən başlanılardı - sabiq gürcülərdən. Məsələn, əvvəl gürcü olan, bu gün isə özünü ukraynalı hesab edən şəxsə Ukrayna pasportunu qaytarmaq ədalətli olardı. Saakaşvilini nəzərdə tuturam" - deyə Putin bildirib.

Paylaş:

Oxşar xəbərlər