Bakupress Milli İnformasiya Agentliyi

Təhsilimiz belə təhsil şöbə müdirlərinə görə çökür-Video

Ötən sayımızda Masallı təhsili ilə bağlı dərc olunan materalımızdan sonra redaksiyamıza xeyli müraciətlər daxil olmuşdur.Onlardan biri Masallı rayon Kürdəbaz kənd sakininin müraciətini olduğu kimi dərc edirik.

Masallı rayon Kürdəbaz kənd sakini Coğrafiya-Biologiya müəllimi Bədirov Əlizaman Hüseynbala oğlu tərəfindən

                                               Müraciət

Möhtərəm Prezident, Hörmətli Mehriban xanım 

Respublikamızda “rüşvətxorluq və korrupsiyaya” qarşı mübarizə aparıldığı bir vaxtda, Masallı rayonunda isə tam əksinə olaraq rüşvətxorluq və korrupsiya çiçəklənmə dövrünü yaşayır. Bu dediklərimi Masallı rayon təhsil şöbəsində baş verən qanunsuzluqlarla sübut etmək olar.

Masallı RTŞ-nin müdiri Əkbərov Tariyel 1996-cı ildə qəbul imtahanında 700 mümkün baldan cəmi 47 bal (?..) toplayaraq AzərbaycanMemarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olmuş, 2000-ci ildə bakalavr səviyyəsini bitirmişdir. Hərbi xidmətdən sonra rəsmi olaraq Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində böyük mühəndis, faktiki isə həmin təşkilatda qapıçı vəzifəsində işləmişdir. Masallı RİH işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq “ riyaziyyat və informatika müəllimi” ixtisasına yiyələnmişdir. Masallı RİH işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir. 3 il sonra – 2010-cu ildə yenə həmin sehrli əl Əkbərov Tariyelı Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna atır. Mudir müavini kimi illərlə “Dövlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Əkbərov Tariyel hansı yollasa imtahandan azad edilmişdir. Nəticə olaraq sadəcə müsabiqədən keçməklə müdir müavini vəzifəsinə yiyələnmişdir. İxtisasartirma kursundan aldığı diplom Təhsil Nazirliyin əməkdaşları tərəfindən saxta elan edildikdən sonra məcbur olaraq yenə də hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali təhsil almışdır. Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Əkbərov Tariyel ikinci ali təhsili necə almışdır?

Əsl faciə isə 2016-cı ildə baş verdi. Masallı kimi həssas, ziyalı bir rayonun Təhsil Şöbəsinin müdiri vəzifəsinə Əkbərov Tariyel kimi savadsız və saxta diplomlu təyin edildi. 
Bu təyinat 220 minlik Masallı əhalisinə və pedaqoji ictimaiyyətinə təhqir idi. Savadsızlığını yuxarıda diplomları haqqinda dediklərim təsdiq edir. “Xahiş” sözünü “xayiş” kimi “sentyabr” sözünu “sentiyabır” kimi yazan adam hansı savadın yiyəsi olmalıdır? Belə bir savad yiyəsi müəllimləri savadsızıqda günahlandırırsa, bu, təkcə Masallı təhsili üçün deyil, ümumilikdə Azərbaycan təhsili üçün faciə və təhqirdir.

Yeni dərs ilində mövcud qanunvericiliyə zidd olaraq, vakant dərs saatları olmayan məktəblərə 65 yaş həddini aşmış və meyarlara cavab verməyən müəllimlərin hər birindən 1000 – 1500 manat alınaraq , müvəqqəti müqavilə bağlanmışdır.
Paralel olaraq, ikinci iş yeri kimi, müəllimlərdən anoloji məbləğ alınaraq ( dərs saatlarının miqdarına uyğun) DQ –də az bal toplamış müəllimlərin yerinə təyinatlar aparmışdır.

RTŞ -nin müdiri Əkbərov Tariyel , əslində xəstə olmayan şagirdlərə saxta xəstəlik vərəqəsi açdırmış və həmin şagirdlərin evdə təhsilə cəlb olunmasına şərait yaratmışdır. Bu səbəbdəndir ki, evdə təhsil alan şagirdlərin sayı son illərdə 108 nəfərdən qalxmış, hətta 300 nəfəri keçmişdir. Halbuki Masallıda heç bir təbii fəlakət baş verməmiş, kütləvi qırğın olmamış, epidemiya və ya xəstəlik yayılmamışdır. Evdə təhsilə cəlb edilən şagirdlərin sayının belə artması Əkbərov Tariyelin şəxsi maraqlarına hesablanmışdır. Belə ki, bu şagirdlərin hər biri üçün ona 400 manat pul verilir. Korrupsiyanın miqyası aydındır. Əkbərov T. şəxsi maraqlarına uyğun olaraq, evdə təhsilə cəlb edilən, güya fiziki qüsurlu, əslində isə sağlam olan uşaqlarin əksəriyyəti hərbi xidmətə yollanır.
Son illərdə rayonda ali məktəblərə qəbul olunan abituriyentlər arasında 600 və daha yüksək bal toplayanların sayı əhəmiyyətli dərəcədə artıb. Bu tamamilə Əkbərov T. “xidməti” sayəsində mümkün olmuşdur. Belə ki , həmin şagirdlərin çoxu Bakı məktəblərindən “transfer” olunan şagirdlərdir ki, bir gün də məktəbə gəlməmiş, hətta bəziləri nəinki “oxuduğu” məktəbi tanımır, bəlkə də Masallının hansı zonada yerləşdiyini bilmir. Amma həmin şagirdlərin hər birinə görə Bakıdan Masallıya “transfer” olunması üçün Əkbərov T. 1500- 2000 manat rüşvət almışdır.

T.Əkbərovun özbaşınalıqlarını aşağıdakı ardıcıllıqla qısaca qeyd etmək olar.

1.     1996-сı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə 47 balla daxil olub.

2.     Pedaqoji  təhsili  olmadığı  halda  2008-ci ildə  Şıxlar kənd  ümumi  orta  məktəbinə  direktor  təyin  edilir  və  2010-cu ildə  TŞ-nin  müdir  müavini  təyin  edilir.

3.     Masallı RİH-da tikinti şöbəsində işlədiyi halda Gəncə Müəllimlər Universitetində ixtisas dəyişmə kursunda olumuşdur. Görəsən necə?

4.     2013-cü ildə ADPU-nin Riyaziyyat fakültəsinə qəbulu çox müəmmalıdır!
 

5.     TŞ-nın müdir müavini işlədiyi 2011-2012-ci tədris ilində evdə təhsil alanların sayı 108 şagird olduğu halda 2012-2013-cü tədris ilində birdən-birə 100 şagird artaraq 208 şagird olmuşdur.
Bu da təqribən 35-40 sinif komplekti deməkdir.
Dövlət büdcəsinin ciddi mənimsənilməsi faktı.

6.     2016-2017-ci  ildə  müqavilə  ilə  işləyən  bütün  müəlimləri  işdən  azad  edib 2017-2018-ci tədris ilində şəxsi  marağı naminə  yenidən  işə  bərpa etmişdir.

7.     2017-ci ildə  Təhsil  Nazirliyinin diaqnostik  qiymətləndirmədə  az  bal toplayanlarla bağlı göstəriş verilir. Bu göstəricini 10% elan edir  və  müəlimlərin dərs saatının azalmasına və süni şəkildə vakant  yerlər  yaradılır.

8.     Rayonda 300 dən  artıq  müddətli müqavilə ilə qanunsuz  olaraq   müəllimlər  işə qəbul  edilir.

9.     65 yaşı tamam  olmuş  50-yə yaxın müəllimlərlə bir illik  müqavilə  bağlanır.

10.                       TN-nin  vakansiyasına çıxarılmayan ixtisaslar üzrə vakant yerlər yaradılır  və  direktorlardan məcburi təqdimat alınıb  qeyri-qanuni  müəllimlər  işə  qəbul  edilir.

11.                        Məktəblərin  invertarlaşdırılmasında qiymətlərin  pərakəndə  satışda  olan  qiymətlərdən 3-4 dəfə artıq göstərməklə büdcə vəsaitinin mənimsənilməsi.
Hətta bəzi məlumatlara görə məktəblər invertarlaşdırılmadığı halda sənədləşmə aparılmış nəğd vəsait mənimsənilmişdir.

12.                       Şəxsi maraqları naminə 400-500 manat qarşılığında  260-270-dək  evdə  təhsil  kursları təşkil edilir reallıqda deyil  sənəd  üzərində mövcud  olması nəticəsində büdcə vəsaitinin qanunsuz mənimsənilməsi mövcutdur.

13.                       Hər 3-4  aydan bir üç minlik müəllim ordusunun  əmək  haqqından     10-12% məbləğində mətbuata abunə ad altında  pul  yığılması, aylıq  haqqın  yığılması və s. qanunsuz əməllərinin  sayını artırmaq  olar.

14.                       Həbsdə olan və Rusiya Federasiyasında yaşayanların rayonun təhsil müəssisələrində işlə təmin etmə məharəti.

15.                       Dekabr 2017-ci il tarixində Maliyyə Nazirliyinin yoxlamasını bəhanə edərək rayon müəllimlərinin əmək haqqının 10%-ni yığılması hesabına külli miqdarda vəsaitin mənimsənilməsi.

16.                       Ən acınacaqlı hal ondan ibarətdir ki, Respublikada narkomaniyaya qarşı mübarizə aparıldığı halda T.Əkbərov onun qanunsuz əməllərinə etiraz edənlərə “Narkomanlara pul verib sizi döydürəcəyəm” deməkdən belə çəkinmir.

17.                        H.Əliyev fondunun məktəblərə hədiyyə etdiyi M.C.Paşayevin əsərlərindən ibarət 350 kitabın satılaraq hədiyyədən pul qazanması.

18.                       Rayon məktəblərində evdə təhsil  kurslarının Təhsil Nazirliyi tərəfindən yoxlanılacağı adı ilə həmin müəllimlərdən pul yığılmağına başlanılmışdır.

19.                       Aprel ayından məktəblərdən yığılan haqqın iki qat artırılmasıdır. Hətta  direktorlara bildirir ki, şəklimi çəkib istədiyiniz yerə müraciət edə bilərsiniz. Mən qapılar açıram, xərcim çıxır və s.

20.                       2018-ci tədris ilində eksternat yolu ilə imtahan verən 431 şagirdin hər birindən 50 AZN-dən pul yığılması.

21.                       Fevral 2019-cu ildə direktor müavinlərindən hesabat adı ilə 100 AZN –dən pul yığılması.

22.                       Saxta diplomlu və 10 ildən artıq müəllimlikdən uzaqlaşmış şəxslərdən rüşvət alaraq TŞ-ya metodist və hətta məktəb direktoru təyin etməsi.

23.                       Fevral  2019-cu il tarixində rayon məktəblərinin Tarix müəllimlərinin hər birindən 50 manat pul yığılması.

24.                       Son günlər məktəb direktorlarından 500-1000 manat məbləğində pul yığılmasına başlanılmışdır.

     Mənim işsiz qalmağımın əsas səbəbi isə, AR-nın Prezidenti İ.Əliyev cənablarının məlum fərmanını dəstəkləyərək, işlədiyim təhsil  və digər sahələrdə qarşılaşdığım rüşvətxorluq faktları barədə aidiyyatı orqanlara müraciət etməyimdir.

Bütün bunlar bir daha sübut edir ki, mənim  işsiz qalmağım Masallı RİHB-nın səlahiyyətlilərinin göstərişi ilə TŞ-nın mafioz müdiri T.Əkbərov tərəfindən qərəzli və qeyri-qanuni çox məharətlə icra edilir.

      İşləyib işləməməyimdən aslı  olmayaraq rastlaşdığım  rüşvətxorluq  faktları  barədə  ölkə Prezidentimizə və digər orqanlara müraciət edəcəyəm.

Masallı rayon Təhsil Şöbəsi hal hazırda təhsil ocağını deyil, bazarı xatırladır. Ölkəmizdə məşhur olan Binə, Sədərək ticarət bazarı çökməkdə olduğu halda Masallı Təhsil “bazarı” T.Əkbərovun mühəndislik məharəti nəticəsində “çiçəklənmə” dövründədir.

       Elə güman edirəm ki, Masallı rayonunda hökm sürən məmur özbaışnalıqlarına son qoyulması və mənim 36 illik pedaqoji fəaliyyətimi davam etdirməyim üçün göstəriş veriləcəkdir.

Paylaş:

Oxşar xəbərlər