Bakupress Milli İnformasiya Agentliyi

Sumqayıtda məktəbli qız dünyaya uşaq gətirib? - ŞOK İDDİA

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.

BakuPress.Az xəbər verir ki, bu barədə ölkə.az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.  

Əməkdaşımız iddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlayıb. Direktor əməkdaşımızla söhbətində belə bir hadisədən xəbərdar olmadığını bildirib.
1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir. 

Paylaş:

Oxşar xəbərlər