Bakupress Milli İnformasiya Agentliyi

Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO

Bakıda 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.

BakuPress.Az xəbər verir ki,Unikal.org-un məlumatına görə, hadisə paytaxtın  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

İt azyaşlının yanaq nahiyəsini  parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.

Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da 1  saylı Klinik xəstəxanaya aparılıb.

H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa  edilib.

Hazırda müalicəsi davam etdirilir.

Paylaş:

Oxşar xəbərlər