Bakupress Milli İnformasiya Agentliyi

Növbəti qurban Masallı məktəblərindən ola bilər özüdə daha səs küylü,daha acınacaqlı...-VİDEO

Təhsil millətin keyfiyyəti deməkdir. Təhsil keyfiyyətsiz olanda mədəniyyət də, ədəbiyyat da, musiqi də, elm də, eyni zamanda insanlar arasında normal ünsiyyət də olmur. Təhsil varsa, bunlar ucadır, yoxdursa, alçaqdır. Görün nə zamandır, bacı bacının başını kəsir, qardaş qardaşı güllələyir, oğul anasını boğur, ata körpələrini boğur, o birisi də bomba atıb bütün nəsli qırır. Başqa birisi də avtobusu yolun əks istiqamətinə çıxararaq insanları ağuşuna alır. Daha nələr, nələr... Bəs bunlar cahillik deyilsə, nədir?!... Bu gün Azərbaycanda baş verən yol qəzaları, intihar halları, cinayət faktları - millətin təhsili yuxarı olsaydı, ən azı 50 faiz aşağı olardı. Bu cür halların baş verməsi birbaşa təhsillə bağlıdır...Və son dəhşətli olay Bakının 162 saylı məktəbində bir qızcığazın intiharı...Onu məktəb öldürdü...Bəli məhz bu günümüzün təhsil sistemi və ona rəhbərlik ,himayədarlıq edənlər öldürdü...
Gəlin açıq danışaq bu gün təhsil sistemimizdə ,o qədər təhsilə ləkə olan insanlar varki,rəhbər postlarda oturublar.
Təhsildən neqativ yazan kimi Mətbuat şürası az qalır həmin həmin təhsil şöbə müdiri ,məktəb direktoruna görə jurnalistə cinayətkar adı versin.Baxıram ki,162 saylı məktəbin direktoruna himayədarlıqda İcra hakimiyyəti və təhsil nazirliyinin məsul işçisi Kənan Quliyevin adı hallanır.Həmən Kənan Quliyev Masallının əxlaqsız təhsil şöbə müdirinə himayədarlıq etməkdədə adı hallanırdı,bu haqda yazmışdım mətbuat şurası iclas edib dedi ki,nə danışırsınız siz belə şeylər yazmayın ,təkzib verin ki,onlar aydan arı sudan durudurlar! Təbii ki,mən bunu etmədim,etməyəcəmdə!
Bunu bir daha yazmağı özümə borc bildim.Masallıda Elinanın ölümündəndə beş betər hadisələr baş verəcək.Çünki təhsil şöbə müdiri direktorları qorxu içində saxlayır,direktorlar şagirdləri...Ən dəhşətlisi odur ki,Masallı təhsil şöbə müdiri dövlət qulluğunda ola ola dövlətə qarşı çıxır.Beləki,Tariyel Ələkbərov talış kənd məktəblərinə daha çox qayğı göstərir nəinki azərbaycanlılar yaşayan kəndlərdəki məktəblərə...Bu separatçılıq deyil bəs nədir?İcra hakimiyyətinin və Təhsil nazirliyinin məsul işçisi Kənan Quliyevin himayədarlıq etdiyi Tariyel Əkbərovun özünə məxsus kef məclisləri qurulur.Tez tez Bakıda "Çinar" və "Xarı bülbül " otelini ziyarət edən"müəllim" məclisinə ancaq 16-17 yaşlı qızları gətizdirir.İçkidən başı ayılmayan ,azyaşlı qızlara meyilli olan bu cür təhsil şöbəsinə təhsil və məktəbi necə etibar etmək olar?Elinanın bir məktəb direktoru və ona himayədarlıq edənlər öldürdü... Nə qədər yazsaqda biz körpəni geri qaytara bilmərik.İndi gərək Masallıdada kimsə intihar etsin məsələni araşdırsınlar?Kor olmaq lazımdır ki,Masallının təhsil şefinin əməllərinə göz yumasan.
Dərc etdiyimiz yazılarada biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu gün ölkənin təhsil sistemi rüşvətxorluq və korrupsiyanın daha çox müşahidə olunduğu sahələrin siyahısında hələ də ilk yerlərdən birini saxlamaqdadır. Təhsil sisteminin fəaliyyətini təmin edən və ya bu fəaliyyətə hər hansı formada nəzarəti həyata keçirən bir çox struktur bölmələrinin başında bu gün hələ də rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlar durmaqda davam edirlər. Bu dayanıqlı idarəçilik piramidasının əsaslarında radikal dəyişikliklər həyata keçirilmədikcə isə, heç bir islahatlar proqramı gözlənilən nəticələri verməyəcək. Elə Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti də bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza hər gün Masallıdan daxil olan məlumatlarda xəbər verilir.
Onsuzda il ildən təhsilin keyfiyyəti aşağı düşür ,fikir verin, nə qədər məktəb tikilib, nə qədər məktəbin içi abadlaşdırılıb. Bunlar təhsilə xidmətdir. Mənaca isə daha da pisləşib. Sübut: Əgər 10 il qabaq ali məktəblərə ən aşağı qəbul balı 300 idisə, indi 150-dir. Bu dəhşətdir və prezidenti, milləti aldatmaqdır. Çünki nazirdən başlamış tələbəyə qədər hamı bilir ki, 150 balla daxil olan tələbə ən azı texniki yönümlü fakültələrdə ali təhsil proqramını mənimsəyə bilməz. O fakültələrdəki ali riyaziyyat kursu birinci kursdan keçirilir. Deməli, nazirdən müəllimə qədər bütün sistem saxtakarlıqla məşğuldur. 
Vallah bilmirəm ki,təhsillə bağlı hardan başlayım harda bitirim...Bir onu bilirəm ki,təhsili öldürənlərdən biridə "iki eşşəyin arpasını bölə bilməyən" sərxoşluqdan başı ayılmayan Tariyel Əkbərovdur...Yalandan yoxlama aparıb 5-3 manat pulu cibinə qoyub geri qayıtmaq lazım deyil.Əgər vicdanla yoxlanib qiymət verilsə,özünü mələk kimi göstərən, əslində isə mələk donuna girmiş iblis xarakterli , savadı , əxlaqı və şəxsi keyfiyyətləri ilə nəinki böyük bir rayonun Təhsil Şöbəsinə, hec ucqar kənd məktəbinin sinif rəhbərliyinə belə mənəvi haqqı olmayan Əkbərov Tariyelin əsl siması yalnız o zaman Sizə aydın olar.
Ciddi ciddi yoxlayın,yenədə deyirəm vallah orada hər şey açıq bazardır,Tariel Əkbərovda bazarkom...Bunu görməmək mümkün deyil.Sonra deməyin ki,demədi növbəti qurban Masallı məktəblərindən ola bilər özüdə daha səs küylü,daha acınacaqlı...

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər