Bakupress Milli İnformasiya Agentliyi

Bu gün ədalətli vətənoğlu Raqif Ədalətoğlunun doğum günüdür!

1986-cı il, 14 aprel. Adi günlərdən biri. Bu adi gündə Sabirabad rayonunda sadə insan, ləyaqətli ailə başçısı Ədalət Əliyevin sevincinin həddi – hüdudu yox idi. Onun sonbeşiyi oğul övladı dünyaya gəlmişdi. Ailə sevinc içində idi. Oğlanın adını Raqif qoydular. O vaxt Ədalət kişi nə biləydi ki, gəlişi ilə ailəyə sevinc bəxş edən bu uşaq gələcəkdə yüzlərlə insanın sevimlisinə çevriləcək. Öz gəlişi ilə kiçik bir ailəni sevindirən, yaxınlarının məhəbbəti və nəvazişi ilə əhatə olunan bu uşaq vaxt gələcək çoxlarının hörmət və məhəbbətini qazanacaq.
Söhbət BakuPress Milli İnformasiya Agentliyin icraçı direktoru Raqif Ədalətoğlundan gedir.Mənim ən yaxın həmkarım,dostum,silahdaşım,əməkdaşım Raqif Ədalət oglu Əliyevin bu gün doğum günüdür.
Viktor Hüqonun gözəl bir deyimi var “Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır"

Ətrafımda bir xeyli yaxşı insan var. Bəli, bu belədir. Həmin insanların mərhəmətini, sadəliyini, qonaqpərvərliyini, yardımsevərliyini çox görmüşəm.Amma Raqif Ədalətoğlu kimi ədalətli,mərd,cəsarətli,yardımsevər,dostluqda sadiq və etibarlı insana həqiqətən rast gəlmədim.Raqif mərd, təmənnasız və əqidəli bir oğuldur.

Bu gün Raqif bəyi tanıyan insanların hansı birindən, eləcə də qohum-əqrəbasından və dostlarından soruşsan, onun haqqında yalnız xoş sözlər söyləyəcək. Onun əsl insana xas keyfiyyətlərindən, yaxşılıqlarından, bir vətəndaş ,Azərbaycan oğlu kimi xidmətlərindən ağızdolusu danışacaqlar.
Onun haqqında çox danışa bilərəm ,amma onu ifadə etməyə sözümün belə qüdrəti çatmaz.Bir kəlmə deyə bilərəm Raqif Ədalət oğlu köklü bir nəsilin ləyaqətli davamçısıdır.

Doğum günü insan həyatının ən xoş günlərindən biridir. Bu xoş günündə Raqif bəyə arzulamaq istədiyimiz çox şey var. Amma bu həyatda məncə insan üçün ən böyük sərvət Tanrının ona verdiyi sağlıq dolu ömür payıdır. Biz də BakuPress Milli İnformasiya Agentliyinin yaradıcı kollektivi olaraq saf duyğulu, səmimi dostumuz Raqif Ədalət oğluna doğum günündə Allahdan möhkəm can sağlığı, sağlam və mənalı ömür arzulayırıq!

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər