Bakupress Milli İnformasiya Agentliyi

MTRŞ "Space"i cərimələdi - Söyüşə görə

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) "Space" televiziyasını cərimələyib.

BakuPress.Az bildirir ki, bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib: "Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ile bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib".

Qeyd edək ki, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov efirdə mahnı ifa edən zaman söyüş söyüblər. 

Paylaş:

Oxşar xəbərlər