Bakupress Milli İnformasiya Agentliyi

İlk hamiləlik testi necə olub? - Arpa-buğda testi

İlk "hamiləlik testlər"indən hələ eramızdan çox-çox əvvəl Qədim Misirdə istifadə edirdilər.

Maraqlıdır ki, bu testin köməyi ilə qədim təbiblər hətta uşağın cinsini də "təyin etməyə" çalışırdılar.

BakuPress.Az saglamolun.az-a istinadən bildirir ki, Danimarkada saxlanılan bir qədim papirusda yazılıb ki, hamiləliyi təyin etmək üçün 2 ayrı kisə götürüb birinə qumla qarışdırlımış arpanı, digərinə buğdanı tökmək lazımdır. Toxumları hər gün qadının sidiyi ilə "sulamaq" lazımdır.  Əgər bir müddətdən sonra toxumlar cücərərsə, bu o deməkdir ki, qadın hamilədir. Arpa cücərərsə oğlan, buğda cücərərsə qız dünyaya gələcək.

Toxumlar cücərməzsə, qadın hamilə deyil.

Maraqlıdır, deyil mi?

Paylaş:

Oxşar xəbərlər