Bakupress Milli İnformasiya Agentliyi

Bacısının ərini bıçaqladı, sonra polisə etiraf etdi ki...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

BakuPress.Az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 10-na təyin edilib.

İttihama görə, ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonu, Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirərək qətlə yetirib. Qətli törədən şəxs dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə gələrək cinayəti etiraf edib.

Xatırladaq ki, S.Ağakişiyev qətlə yetirilən şəxsin həyat yoldaşının qardaşıdır.

Paylaş:

Oxşar xəbərlər