Bakupress Milli İnformasiya Agentliyi

Bakıda polisin avtomobillə vurduğu piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə dünən axşam saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində, Olimpiya stadionu yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, yolu piyadalar üçün qadağan olunmuş yerdən keçmək istəyən 1970-ci il təvəllüdlü İbrahimov Vüqar Sabir oğlunu sürücü Əlizadə Əşrəf İbrahim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub.

 

Nəticədə piyada hadisə yerdində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar xəbərlər