Bakupress Milli İnformasiya Agentliyi

"Mənim Azərbaycanda rəqibim yoxdur" - Tanınmış musiqiçidən MÖHTƏŞƏM İFA - VİDEO

Azərbaycanda ən bahalı "türk sazı"nın sahibi, tanınmış musiqiçi Mais Musaoğlu uzun hava ifası ilə diqqətləri üzərinə çəkib.

BakuPress.Az xəbər verir ki, Mais bu havanı Türkiyədə xüsusi olaraq hazırlatdığı sazında ifa edib.

Tanınmış musiqiçi türk sazında Azərbaycanda özünə rəqib tanımadığını bildirib:

"Mənə Azərbaycanda türk sazında ifa etməkdə rəqib yoxdur. Mənim rəqibim Türkiyədədir".

Qeyd edək ki, Mais Musaoğlu "Hər şey daxil"də yeni sazını təqdim edərək "Qiyməti 3600 manatdır. Azərbaycanda bu saz ilk olaraq məndədir. Türkiyədə "Kələbək gülü" ağacından yığılıb. Daş sədəflərdən hazırlanıb" demişdi. 

Videonu izləmək üçün şəklə klikləyin:

Paylaş:

Oxşar xəbərlər