Bakupress Milli İnformasiya Agentliyi

Avropa Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi (SİYAHI)

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

BakuPress.Az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra növbəti mərhələyə adlayacaq 8 komandanın adına aydınlıq gəlib.

 

"Çelsi" ilk oyunda 3:0 hesabı ilə yendiyi Kiyev "Dinamo"sunu 5 cavabsız qolla mübarizədən kənarlaşdırıb. "Napoli" səfərdə "Zalsburq"a 1:3 hesabı ilə yenilsə də, mərhələ adlayıb. Buna səbəb italyanların ilk matçda 3:0 hesablı qələbə qazanması olub. "Krasodar" isə ilk matçda 1:2 hesabı ilə yenildiyi "Valensiya" ilə "sülh"ə razılaşaraq mübarizəni dayandırıb.

 

Fransada "Renn"ə yenilən "Arsenal" evdə 3:0 hesablı qələbə qazanaraq 1/4 finala adlayıb. "Valensiya" ilk oyunda olduğu kimi yenə "Zenit"ə qalib gələrək adını 1/4 finala yazdırıb.

 

"İnter" də turnirlə vidalaşıb. "Ayntraxt"la səfər oyunundan qolsuz bərabərliklə dönüş Milan klubu evdə minimal hesabla yenlib.

 

"Sevilya" da çıxışını başa vurub. İspanlar "Slaviya" ilə olduğu kimi səfər matçının da əlavə vaxtını 2:2 hesablı heç-heçəylə başa vurublar. Bu səbəbdən qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqə başlayan kimi "Sevilya" hesabı açsa da, Çexiya klubu 2 qol vuraraq 4:3 hesablı qələbə qazanıb və mərhələ adlayıb.

 

"Benfika" - "Dinamo" (Zaqreb) oyununda da qalib əlavə vaxtda müəyyənləşib. "Benfika" ilk oyunda uduzduğu (0:1) rəqibinə cavab matçında eynihesabla qalib gəlib. Əlavə vaxtda daha 2 qol vuran portuqaliyalılar 3:0 hesablı qələbə ilə mərhələ adlayıblar.

 

Avropa Liqası

1/8 final

Cavab oyunları

 

14 mart

Dinamo (Kiyev, Ukrayna) - Çelsi (İngiltərə) 0:5

Qollar: Oliver Jiru, 5; 33; 59. Markos Alonso, 45+1. Kallum Hudson-Odoi, 78.

İlk oyun - 0:3

 

Krasnodar (Rusiya) - Valensiya (İspaniya) 1:1

Qollar: Maqomed-Şapi Süleymanov, 85 - Qonsalo Qudes, 90+3.

İlk oyun - 1:2

 

Zalsburq (Avstriya) - Napoli (İtaliya) 3:1

Qollar: Munas Dabbur, 25. Fredrik Qulbrandsen, 65. Kristof Leytqeb, 90+2 - Arkadiuş Milik, 14. 

İlk oyun - 0:3

 

Arsenal (İngiltərə) - Renn (Fransa) 3:0

Qollar: Pyer-Emerik Aubameyanq, 5; 72. Aynisli Maitland-Niles, 15.

İlk oyun - 1:3

 

Benfika (Portuqaliya) - Dinamo (Zaqreb, Xorvatiya) 3:0

Qollar: Jonas, 71. Françisko Ferreyra, 90+4. Aleks Qrimaldo, 105.

Qırmızı vərəqə: Petar Stoyanoviç, 104.

İlk oyun - 0:1

 

İnter (İtaliya) - Ayntraxt (Almaniya) 0:1

Qol: Luka Yoviç, 5.

İlk oyun - 0:0.

 

Slaviya (Çexiya) - Sevilya (İspaniya) 4:3

Qollar: Maykl Nqadeu-Nqadyui, 15. Tomas Soucek, 47. Mik van Buren, 102. Simon Kyaer, 119 (avtoqol) - Vissam Ben Yedder, 44. Munir El Haddadi, 54. Franko Vazkuez, 98.

İlk oyun - 2:2.

 

Vilyarreal (İspaniya) - Zenit (Rusiya) 2:1

Qollar: Cerard Moreno, 29. Karlos Bakka, 47 - Bronislav İvanoviç, 90+1.

İlk oyun - 3:1.

Paylaş:

Oxşar xəbərlər