Bakupress Milli İnformasiya Agentliyi

Bu gün General-Polkovnik Bəylər Əyyubovun doğum günüdür

11 mart Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun doğum günüdür.

 

BakuPress.az xəbər verir ki, ölkənin əsas mühafizə xidməti rəhbərlərindən biri olan general Əyyubovun 68 yaşı tamam olur.

 

Bəylər Eyyubov 2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.

 

Bəylər Əyyubov 1998-ci il dekabrın 26-da "Azərbaycan Bayrağı" ordeni, 2010-cu il avqustun 21-də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Bəylər Əyyubov daim dövlətə, dövlətçiliyə sadiq olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olub. Həyatını ölkə rəhbərinə fəda verən general-polkovnik Əyyubov, sadə ailədə dünyaya göz açdığından sadə və təvazokar insandır. Göstərdiyi əvəzolunmaz xidmətlərini görə, hörmətli general-polkovnik Bəylər Əyyubovu doğum günü münasibəti ilə BakuPress Milli İnformasiya Agentliyinin kollektivi və şəxsən öz adımdan təbrik edirəm.!

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər