Bakupress Milli İnformasiya Agentliyi

Tarixi filmin film tarixi: 1970-ci ildə Heydər Əliyev Nəsiminin məzarını ziyarət edir...-VİDEO

1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Suriya Ərəb Respublikasında səfərdə dahi şair Nəsiminin məzarını ziyarət edir. Bakıya döndükdən sonra Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir. Nəsiminin 600 illiyi yaxınlaşanda görkəmli ictimai xadim və şair Rəsul Rzanı Suriyaya, Hələb şəhərinə göndərdi. Hələbdən Nəsiminin 4 divanı, biri farca, biri əsərbcə, ikisi türkcə Rəsul Rza tərəfdən Azərbaycana gətiriləndən sonra filmin çəkilməsinə göstəriş verir. Filmi çəkmək isə yazıçı-dramaturq, xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyliyə həvalə edir. İlk dəfə "Nəsimi" filmi valyuta ilə alınan "Kodak" markalı kino plyonkasına çəkildi ki, keyfiyyətli olsun. Kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən pul ayrıldı ki, film yaxşı çəkilsin. "Nəsimi" filmi üçün on ədəd çox bahalı xalça belə alınmışdı. 

 

Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi, ancaq Həsən Seyidbəyli bu riskə getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. Həsən Seyidbəyli sənətdə heç vaxt güzəştə gedən adam olmayıb. Rejissora nəyi isə diktə etmək mümkün deyildi. Həmkarları onu çəkiliş zamanı çox tələbkar, nizam-intizamlı rejissor kimi tanıyırdı. Özü məsuliyyətli olduğu üçün məhz belə keyfiyyətlərə malik aktyorlara üstünlük verirdi. Baş rolların ifaçılarını özü seçir və heç vaxt da seçimində yanılmırdı. “Nəsimi” obrazını oynayan Rasim Balayev də məhz Həsən Seyidbəylinin kəşfi idi. Azərbaycan kinosunda Rasim Balayevin uğur qazanmasının səbəbkarı Həsən Seyidbəylinin məktəbi idi. Həsən Seyidbəylinin "Nəsimi" filmi tariximizlə yanaşı, milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirir. 

 

"Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbii idi. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir. Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.

 

Dosent Zaur Əliyev

Paylaş:

Oxşar xəbərlər